Çingiz Mustafayevin Xocalıya çilənmiş şəhid qanı
- 24-02-2020, 15:42
- Manset
Milli Qəhrəmanı kürəyindən vuran xainlər
Xocalıdan söhbət gedəndə mən həmişə çılğın igid Çingiz Mustafayevi - bizim Milli Qəhrəmanı xatırlayıram. Axı yalnız onun sayəsində dünya erməni cinayətkarlarının törətdiyi qorxulu faciədən xəbər tutdu.
Həmin dövrdə mən Mərkəzi Televiziyanın müxbiri kimi Xocalıda dəfələrlə olmuşam. Axı bu şəhər Şuşa ilə yanaşı erməni qoşunları tərəfindən işğal edilmiş bütün Dağlıq Qarabağ ərazisində yeganə azərbaycanlı anklavı idi. Bizim gözümüzün qarşısında Xocalı kiçik bir qəsəbədən şəhərə çevrildi. Küçələrə asfalt çəkildi, evlər orada sürətlə artdı. Azərbaycanlılar ətraf kəndlərdən məhz bura yığıldılar, Gürcüstandan qovulmuş Axıska türkləri də burada ikinci vətən tapmışdılar. Qısa müddət ərzində burada müasir toxuculuq fabriki inşa edildi, əvvəllər Xankəndidə belə bir müəssisədə işləmiş qızlar orada işləyirdi. Onları oradan azərbaycanlı olduqlarına görə qovmuşdular.
Xocalıya getmək çətin deyildi, avtobuslar, taksilər o vaxt bizdə olan Ağdamdan 10-15 dəqiqəyə çatdırırdılar. Sonra bu səyahət təhlükəli olmağa başladı. Ermənilər Azərbaycan nömrəli maşınların ovuna başladılar, Köməyə vertoloyotlar gəldi, sonra sərnişinlər də, yük də bura vertolyotlarla daşınırdı.
Şəhər böyümüşdü və ermənilər bunu qəbul edə bilmirdi. Buna görə də blokada dairəsi gündən-günə bu şəhərin ətrafında sıxılmağa başladı. Rəsmi Bakı düşünürdü ki, narahatçılıq üçün əsas yoxdur. Özü də Ağdam yaxında idi və Azərbaycan ordusu orda yerləşirdi. 26 fevraldan 27 fevrala keçən gecə erməni silahlı qüvvələri Rusiya ordusunun Xankəndidə yerləşən bədnam 366-cı polku ilə birlikdə Xocalının məhvinə başladılar.
Mən artıq cəbhə şəhərinə çevrilmiş Ağdama gələndə Çingiz Mustafayev artıq orada idi. Onunla birlikdə yüksək çinli məmurların kabinetlərini gəzib xahiş edirdik ki, bizə hansısa nəqliyyat vasitəsi verin, alovlar içində olan Xocalıya gedək. Yalnız ertəsi gün bunu bacardıq. Baş nazirin müavini Abbas Abbasov onda Gəncədə idi, onunla söhbəitimizdən sonra o bizə kömək etməyə söz verdi. Bir saat sonra o zəng edib dedi ki, 20-25 dəqiqədən sonra sizin ardınızca vertolyot gələcək. Sonra öyrəndim ki, baş nazirin müavini öz vəsaitlərindən bu vertolyotun uçması üçün yetərincə tutarlı məbləğ ödəyib.
Çingiz Mustafayev Xocalı soyqırımının qurbanlarını lentə alır
Mən, Çingiz, operator Nadir Zeynalov və bir türk fotomüxbir Xocalıya tərəf yola düşdük. 10-15 dəqiqə sonra yanan şəhərin tüstüləri görünəndə pilotlar qışqırmağa başladılar ki, aşağı baxın. Aşağıda böyük bir çala var idi və içi meyitlərlə dolu idi. Vertolyot yerə enmədi, o, havada təxminən bir metr yuxarda asılı qaldı, biz göyərtədən tullanaraq bu qorxulu yerə qaçdıq. Nə Çingiz, nə də mən indiyə qədər belə şey görməmişdik. Hər yana körpə uşaqların, yeniyetmələrin, qocaların və qadınların meyitləri səpələnmişdi. Yəqin ki, onlar yanan şəhərdən qaçırlarmış. Elə burdaca onları erməni cəlladlar yaxalayıbmış.
Gözlərimiz bunu görürdü, amma başımız qavramırdı ki, bu, necə ola bilər? Uşaqların və qocaları meytiləri güllə ilə deşik-deşik edilmişdi. Sayı çox olan qadınlara yəqin ki, ölüm qabağı işgəncə vermişdilər. Çoxunun əlləri bağlı idi, döşlərini kəsmişdilər. Biz gördüklərimizdən sarsılmışdıq, dinməzcə işləyirdik. Yalnız Çingiz ağlaya-ağlaya, hıçqıra-hıçqıra söyürdü.
30-40 dəqiqədən sonra pilotlar bizə siqnal verməyə başladılar - gedirik. Biz körpə uşaqların bir neçəsinin meyitini götürərək Ağdama uçduq. Orada bizə bildirdilər ki, bizim işlədiyimiz yerə ermənilərin avtomobil dəstəsi gəlirmiş. Ona görə bizi tələsdiriblər. Bakıya çatandan sonra mən materialı işləyib səhər satlarında Moskvaya göndərim. 3 saatdan sonra növbətçi redaktor mənə zəng etdi ki, niyə mən hər şeydə erməniləri günahlandırıram, axı heç kim heç nəyi hələ sübut etməyib? Mən bunu gözləyirdim, çünki həmin vaxt “Vremya”nın baş reaktorunun müavini Georgi Zavenoviç Akopyan idi. Mən xatırlayıram ki, onda əsəbimdən mənə zəng edən redaktora dedim ki, sən düz deyirsən, bunlar erməni forması geymiş çinlilər idi. Amma TASS həmin gün məlumat yaydı ki, Xocalı şəhəri erməni silahlı birləşmələri tərəfindən tutulub. Materialı xəbərlər proqramında verdilər, amma əsas proqram “Vremya”da göstərmədilər. Moskva yəqin istəmirdi, çünki orada Rusiya ordusunun polku da iştirak etmişdi, sonradan o polku Xankəndidən çıxardılar.
Xocalı qurbanları
Çingiz isə təkbaşına oturub film üzərində işlədi və onun ilk tamaşıçıları Milli Məclisin müstəqillik tərəfdarı deputatlar oldu. Filmə baxdıqdan sonra onun çoxuna təcili tibbi yardım lazım oldu. Çingizin çəkdiyi sənədli film bütün dünyada yayıldı, onu çox sayda dünya telekanalları göstərdi. Dünya ictimaiyyəti özü əmin oldu ki, azadlıq mübarizi saydıqları ermənilər heç də özlərini göstərdikləri kimi deyillər. Çingizin filmi özünü müsəlman azərbaycanlıların zülm etdiyi sülhməramlı xristianlar kimi təqdim edən ermənilərin imicinə böyük zərbə oldu.
Həmin ilin iyun ayında mən yenidən Ağdama getmişdim. Orada öyrəndim ki, döyüşlərdən birində Çingiz ağır yaralanıb. Mən maşınla ora tələsdim. Amma təəssüf ki, artıq gec idi. Sonra biz onu xəstəxananın həyətinə qoyub təcili yardım gözəməyə başladıq. O, gənc və igid oğlan yerdə uzanmışdı - ətrafında tibb bacıları səssiz-səssiz ağlayırdılar. Döyüşlərdə həmişə ən igidlər və iradəlilər ölürlər.
Bundan sonra, ANS rəhbərliyi radiostansiyaya Milli Qəhrəman Çingiz Mustafayevin adını verməyə qərara aldı. İndi çoxları bəlkə də xatırlamır, onda onun adına xüsusi fond yaradılmışdı. Fond ataları Qarabağda həlak olmuş çox uşaqlı ailələrə yardım göstərirdi. Fonda Çingizin atası Fuad kişi rəhbərlik edirdi. Sonrası hamıya məlumdur - ANS-i bağladılar, telekanalı hər cür ağır cinayətlərdə, hətta terrorçülara yardımda günahlandılar. Yalnız 2 il 7 aydan sonra Baş Prokurorluğun rəsmi məktub gəldi ki, teleşirkətin fəaliyyətində heç bir cinayət tərkibi yoxdur.
Bizə elə gəldi ki, bax, indi həqiqət qələbə çalacaq və efirdə yenidən “ANS ÇM 102 FM” sözləri səslənəcək. Ancaq iş budur ki, MTRŞ rəhbəri Nuşirəvan Məhərrəmli qəflətən Milli Qəhrəmanın radiosunun yayıldığı tezlik üçün müsabiqə elan etdi. Ölkə ictimaiyyəti - yazıçılar, bəstəkarlar, jurnalistlər bunu çox pis qarşıladılar və bunu qeyri-etik saydılar, radionu efirə qaytarmağı tələb etdilər.
Məhərrəmlinin də müdafiəçiləri tapıldı. Nə qədər qəribə olsa da, bu, keçmiş ANS-çi, indi “Real” telekanalının rəhbəri Mirşahin Ağayev olu. O, bu müsabiqədə iştiraka qərər verməklə yanaşı, ictimaiyyətin müraciətini də təxribat saydı. Bir neçə il qabaq Mirşahin Ağayev özünün valideynləri sağ-salmat ola-ola (Allah onlara uzun ömür versin), Çingiz Mustafayevin valideynlərinə “ana” və “ata” deyə müraciət edirdi. Keçən il Fuad kişi dünyadan gedəndə, onun “oğlu” Mirşahin yas mərasiminə gəlmədi. Qoy, Allah özü qərar versin.
Nəhayət, bilinməyən səbəblər üzündən müsabiqə baş tutmadı. Yəqin MTRŞ yenə də nəsə fikirləşəcək. Mən düşünürəm ki, ermənilər Məhərrəmliyə minnətdardır ki, erməni vəhşiliyinin üstünü açmış və bunu bütün dünyaya göstərmiş Çingiz Mustafayevin adını daşıyan radionu bağlayıb.
İndi Çingizi unutmayan bütün yaxınları kimi mənim də yeganə ümidim bizim Prezidentədir. Fürsətdən istifadə edərək, İlham müəllimə səmimi qəlbən təşəkkür edirəm ki, Münhendə Ermənistan baş nazirini peşəkarlıqla nakauta saldı. Şəxsən, məndən ötrü bu, çox önəmlidir. Bizim Prezident məhz fevralda Paşinyana divan tutdu, bu ay biz Xocalı soyqırımının kədərli tarixini qeyd edirik. Bizim Prezidentin Münhendə etdikləri bu faciənin kədərini bir qədər yüngülləşdirir.
Bu ilin avqust ayında bu erməni cinayətini, terrorunu dünyaya tanıdan jurnalistin – Çingiz Mustafayevin 60 yaşı tamam olur. Onun və Qarabağa can vermiş oğulların xatirəsinə ən böyük hədiyyə Çingiz Mustafayev radiosunun efirə çıxması olardı. Onda bizim Çingiz kimi oğullarımız daha çox olacaq. Xocalı barədə eşidəndə, mən həmişə Çingizi xatırlayıram.
Mais Məmmədov
əməkdar jurmalist