azadses.az » Siyasət » Türkiyəli professor: "Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər"

Türkiyəli professor: "Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər"

Yaxın günlərdə Gürcüstan və Ermənistanda ciddi siyasi proseslər ola bilər.

Bunu “Report”a açıqlamasında Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, türkiyəli professor Hasan Oktay deyib.

O qeyd edib ki, hazırda Gürcüstanda Baş nazir dəyişikliyi və Rusiya ilə Avropa İttifaqının regiona nəzarət uğrunda mübarizəsi diqqət mərkəzindədir.

Professor Ermənistanın baş naziri Nikol Paşinyanın Gürcüstana etdiyi son səfərdən də söz açıb və bildirib ki, bu ziyarət müəyyən mənada rəsmi Tbilisini Azərbaycanla imzalanacaq sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər:

“Regiondakı vəziyyəti nəzərə alsaq, normalda iki qonşu ölkə arasında sıradan səfər kimi dəyərləndirilməli olan Paşinyanın Gürcüstan ziyarəti hazırda xüsusi bir mahiyyətə bürünüb. Çünki Gürcüstan Türkiyə üzərindən Ermənistana gedən malların tranzit nöqtəsidir. Ermənistan-Azərbaycan arasında imzalanacaq sülh isə Gürcüstanı iqtisadi cəhətdən kənara itələyəcək. Ona görə də Gürcüstan bu sülh prosesini yaxından izləyir. Nikol Paşinyanın xüsusən də mina xəritələri ilə bağlı verdiyi açıqlamadan sonra Gürcüstana səfər etməsi müəyyən mənada Gürcüstanı bu sülh sazişində onun maraqlarına xələl gətirilməyəcəyinə inandırmaq məqsədi daşıya bilər”.

Ekspert vurğulayıb ki, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir:

“44 günlük müharibədən sonra Türkiyə regional problemlərin müzakirə və həlli üçün 3+3 formatı təklik etmişdi, ancaq Gürcüstan Rusiya ilə münasibətləri pis olduğu üçün bu formatda iştirak etməmişdi. Həmçinin İran və Rusiyanın bölgəyə baxışları ilə bağlı fikir ayrılıqları var. Bu fonda fikrimcə, regionda qalıcı sülhün daha sağlam əsaslarla bərqərar olması baxımından Gürcüstanı razı salmaq vacibdir. Fikrimcə, Paşiyan Gürcüstana səfəri zamanı bu məsələləri müzakirə edib”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib