azadses.az » Siyasət » Millət vəkili seçicilərinə 6 aylıq fəaliyyəti barədə hesabat verdi

Millət vəkili seçicilərinə 6 aylıq fəaliyyəti barədə hesabat verdi

6-cı çağırış Milli Məclisin üzvü Anar Məmmədov 96 saylı Goranboy-Naftalan seçki dairəsindən millət vəkili olaraq 2020-ci ilin mart ayından etibarən bu günədək olan dövrdə fəaliyyətinə dair seçicilərinə hesabat verib.
Deputatın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, yarımillik fəaliyyətlə bağlı hesabatda bildirilir ki, ölkədə tətbiq olunan karantin rejmi ilə əlaqədar olaraq indiyə kimi seçicilərlə 12-si səyyar, 12-si onlayn, 8-i telefon danışığı olmaqla ümumilikdə 32 görüş keçirilib. Anar Məmmədov ona ünvanlanan məktub və müraciətlərə hər zaman aidiyyatı seçki dairəsindən olmasalar da belə xüsusi diqqətlə yanaşıb. 
Görüşlər zamanı seçiciləri narahat edən problemlər dinlənilib, onların həlli istiqamətində mümkün olan variantlar araşdırılıb, deputatın səlahiyyəti çərçivəsində həll olunması mümkün olanları həll olunub və ya aidiyyatı qurumlara ünvanlandırılıb. Bununla yanaşı ötən dövr ərzində deputat mart ayından etibarən 4300 seçici müraciəti qəbul edib, bu müraciətlərdən 40 % - i müsbət həllini tapıb, 47,4 %-i hazırda icraatda olan müraciətlər, 12,6 % isə əsassız müraciətlər olub. Deputatın qəbulunda olan seçicilər 25 % infrastruktur,  21 % təmir-tikinti, 19 % şəxsi problemlər, 17 % sosial problemlər, 10 % səhiyyə və 8 % hüquqla bağl problemlərlə müraciət ediblər.
Seçicilər ilə keçirdiyi görüşlər zamanı Anar Məmmədov yolların asfaltlaşdırılması, kəndlərə mavi qazın verilməsi, kəndlərin elektrik enerjisi təchizatının yaxşılaşdırılması və yeni transformatorların quraşdırılması, susuzluqdan əziyyət çəkən vətəndaşlara yeni su çənlərinin qoyulması və ya bərpa edilməsi və s. məsələlərin həllinin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində reallaşdırıldığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən regionlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu daima qeyd edib, seçicilərin diqqətinə çatdırıb. 
Deputat fəaliyyəti dövründə istər bayram günlərində, istərsə də pandemiya ilə əlaqədar olaraq 96 saylı Goranboy-Naftalan seçki dairəsi ərazisində yaşayan şəhid ailələrinə, Qarabağ qazilərinə, Çernobıl əlillərinə, qaçqın və məcburi köçkünlərə, habelə imkansız ailələrə, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan insanlara bütövlükdə isə 2355-dən çox ailəyə ərzaq yardımı edib. Belə ki Novruz bayramı münasibətilə - 470, pandemiya ilə əlaqədar - 280, Ramazan bayramı münasibətilə - 350, Qurban bayramı münasibətilə - 1255 ailəyə bayram sovqatı göndərilib. Beləliklə, yarımillik fəaliyyəti dövründə Anar Məmmədov Cənab Prezident İlham Əliyevin dediyi kimi, dövlət qulluqçusu xalqın xidmətçisidir, insanlara xidmət, onların qayğıları ilə yaşamaq onun əsas vəzifəsidir prinsipinə sadiq qalaraq “Daha güclü Azərbaycan naminə” hər zaman seçiciləri ilə sıx ünsiyyətdə olub, onların qayğıları ilə maraqlanıb. Təbii ki qarşıdakı müddətdə də qaldırılan bütün məsələlərin həlli daima deputatın şəxsi nəzarətində olacaq, müvafiq hakimiyyət orqanları ilə müştərək həll üçün səy göstəriləcək. 

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib