azadses.az » Siyasət » Eyni dairələrdə toqquşan tanınmışlar... - Siyahı

Eyni dairələrdə toqquşan tanınmışlar... - Siyahı

Xəbər verdiyimiz kimi, 2020-ci ilin fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində artıq qeydə alınmış namizədlərin ilkin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. MSK-nın açıqladığı son məlumata əsasən, 1047 nəfərin namizədliyi qeydə alınıb. Onların sırasında siyasi partiyalardan və ictimaiyyət arasında kifayət qədər tanınan simalar var. Bu baxımdan builki seçki marafonunun maraqlı keçəcəyi gözlənilir. Hətta bir sıra dairələrdə mübarizənin daha da qızğın olacağını da indidən təsəvvür etmək mümkündür. Seçicilər yanvarın 17-dən etibarən namizədlərin seçki yarışının şahidi olacaqlar. 
Bu məqamda Azadsəs “Qafqazinfo”-ya istinadən müxtəlif dairələrdə bir-birinə rəqib olan tanınmış namizədlərlə bağlı məlumatları təqdim edir.
REAL Partiyasının eks-məclis başqanı, hazırda namizədliyi “Hərəkət” seçki bloku tərəfindən irəli sürülmüş Azər Qasımlı 17 saylı Yasamal seçki dairəsindən deputatlığa namizəddir. Onun bu dairədə rəqibi REAL Partiyası tərəfindən namizədliyi irəli sürülmüş tanınmış hüquqşünas Cavad Cavadovdur.  YAP-ın həmin dairədə namizədi isə Heydər Əliyev mərkəzində direktor müşaviri olan Elnur Allahverdiyevdir
19 saylı Nərimanov seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq Müsavat başqanı İsa Qəmbərin YAP-dan rəqibi isə hazırda V çağırış Milli Məclisin deputatı olan Hikmət Məmmədovdur (Babaoğu).
16 saylı Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış REAL Partiyasının namizədi Erkin Qədirlinin YAP-dan olan rəqibi Yasamal rayon Gənclər və idman idarəsinin rəisi İlham Səfərovdur.
12 saylı Qaradağ-Binəqəd-Yasamal seçki dairəsindən namizədliyi qeydə alınmış  REAl Partiyasının namizədi Natiq Cəfərlinin YAP-dan rəqibi Lökbatan bələdiyyəsinin sədr müavini Səbinə Xasıyevadır. Digər rəqiblərdən biri BAXC sədrinin müavini Niyaməddin Orduxanlı, Müsavatdan rəqibi isə partiyanın Gənclər Təşkilatının sədri Elman Quliyevdir
35 saylı Xətai üçüncü seçki dairəsindən Ümid Partiyasının sədri İqbal Ağazadə namizədliyini irəli sürüb. Onun bu dairədə rəqibi “Yeni Müsavat” qrupunun rəhbəri Rauf Arifoğludur.  Sözügedən dairədən YAP-ın namizədi isə Turan Əliyevdir. T. Əliyev Fövqəladə Hallar Nazirliyinin maddi texniki təchizat idarəsinin rəis müavinidir. 
V çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımovanın 80 saylı İmişli-Beyləqan seçki dairəsindən rəqibi V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir
52 saylı Quba seçki dairəsindən beşinci çağırış Milli Məclisin deputatı Vahid Əhmədov yenidən namizəddir. Onun rəqibi YAP-ın gənc xanım namizədi Aysel Şeydayevadır. A. Şeydayeva partiyanın Quba rayon təşkilatının Qadınlar Şurasının sədridir.
31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış Mehman Hüseynovun rəqibi tanınmış təhsil eksperti Etibar Əliyevdir.
Beşinci çağırış Milli Məclisin deputatı Qənirə Paşayeva yenidən 105 saylı Tovuz seçki dairəsindən namizəddir. Onun bu dairədən  hakim partiyadan olan rəqibi Tovuz Rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Məhəbbət Hüseynovadır.
Tanınmış həkim, REAl Partiyasının namizədi Vasif İsmayıl da 41 saylı Sumqayıt seçki dairəsindən namizəddir. Onun bu dairədə  YAP-dan olan rəqibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovadır.
49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Nəsimi Paşayevin rəqibi isə V çağırış Milli Məclisin deputatı Əli Hüseynlidir.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının 61 saylı Neftçala seçki dairəsindən rəqibi tanınmış təhsil eksperti Kamran Əsədovdur. YAP-ın bu dairədə olan namizədi Gültəkin Sadıqova isə Neftçala rayon icra başçısının müavinidir. 
60 saylı Salyan-Neftçala seçki dairəsindən  namizədliyi qeydə alınmış V çağırış Milli Məclisin deputatı Fəzail Ağamalının rəqibi isə 2015-ci ilin oktyabr ayında Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrupu komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirən tanınmış qazi  Kamil Müsəvidir. 
Müsavat Partiyasının üzvü, namizədliyi 73 saylı Lənkəran şəhər seçki dairəsindən qeydə alınmış Yadigar Sadıqlının rəqibi isə jurnalist Yelena Sidorenkodur( Eyvazlı). 
 “Ağ” Partiyasının başqanı 21 saylı Nəsimi birinci seçki sairəsindən Tural Abbaslının namizədliyi qeydə alınarsa, onun  YAP-dan rəqibi V çağırış Milli Məclisin deputatı Məlahət İbrahimqızı olacaq.
Müsavat Partiyasının başqanı Arif Hacılının 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi qeydə alınarsa, Hacılının rəqibi Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu olacaq. Digər rəqib isə hazırda V çağırış Milli Məclisin deputatı Ülvi Quliyevdir
İctimai fəal Bəxtiyar Hacıyevin 29 saylı Səbail seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınarsa, onun rəqiblərindən biri  Baku Grand Prix şirkətinin Milli Mətbuat Katibi və Marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadaraidir
V çağırış Milli Məclisin deputatı Sevinc Fətəliyevanın rəqiblərindən biri yazıçı İlyas Əfəndiyevin nəvəsi Tural Əfəndiyevdir. T. Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidentidir. 
 “Hərəkət” seçki blokunun 22 saylı Nəsimi seçki dairəsindən namizədi Turqut Qəmbərin namizədliyi qeydə alınarsa, onun bu dairədən rəqiblərindən biri V çağırış Milli Məclisin deputatı Asim Mollazadə olacaq. 
Tanınmış jurnalist Ləman Ələşrəfqızının 117 saylı Oğuz-Qəbələ seçki dairəsində rəqibi hazırda V çağırış Milli Məclisin deputatı Aqiyə Naxçıvanlıdır. 
45 saylı Abşeron seçki dairəsindən jurnalist Zahir Əzəmətin  namizədliyi qeydə alınarsa, onun rəqibi V çağırış Milli Məclisin spikeri Oqtay Əsədov, digər rəqibi isə  həmkarı Ceyhun Musaoğlu olacaq. 
54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini verən Elza Seyidcahanın rəqibi isə namizədliyi qeydə alındığı halda tanınmış idman jurnalisti İlkin Xəlilov olacaq.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu