azadses.az » Siyasət » “Azərbaycanla Ermənistan arasında yaranan etimadsızlığın səbəbkarı məhz Fransadır” - RƏY + FOTO

“Azərbaycanla Ermənistan arasında yaranan etimadsızlığın səbəbkarı məhz Fransadır” - RƏY + FOTO

“Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə də ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramin Məmmədov deyib.
Onun sözlərinə görə, Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə bu ölkənin uzun müddətdir ki, Azərbaycana qarşı tutduğu qərəzli mövqenin davam etdiyini göstərir:

“Fikrimcə, bu sənəd nəinki ikitərəfli münasibətlərə zərbə vurur, eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunması üçün atılan addımlara qarşı yönəlib”.

Deputat Vətən müharibəsindən sonra Fransa parlamentinin Azərbaycan əleyhinə iki qətnamə qəbul etdiyini xatırladıb:

“Eyni zamanda, Fransa 44 günlük müharibə dövründə, eləcə də sonrakı mərhələdə ölkəmizlə bağlı daim qərəzli mövqedən çıxış edib. İkinci Qarabağ müharibəsi regionda yeni reallıqlar formalaşdırıb. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı şanlı zəfər Cənubi Qafqazda təhlükəsizlik formatının əhəmiyyətli dərəcədə yenilənməsinə səbəb olub. Belə görünür ki, Fransa bu yeni konfiqurasiyadan narahatdır. Lakin bir vacib məqamı da nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində istənilən dövlətin iştirakı mümkündür. Bunun üçün sadəcə, səmimi olmaq, tərəflərə münasibətdə ən azı neytrallığı qoruyub-saxlamaq vacibdir. Lakin Fransanın atdığı addımlar etimad yaratmır, əksinə, bu ölkənin ədalətli, obyektiv vasitəçi olmadığını göstərir”.

O, Fransanın uzun müddət ATƏT-in keçmiş Minsk qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı heç vaxt beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirmədiyini bildirib. Deputat qeyd edib ki, Azərbaycan hər zaman öz xarici siyasətini beynəlxalq hüquq normaları, etibarlı tərəfdaşlıq münasibətləri əsasında qurub:



“Lakin təəssüf ki, Fransa Azərbaycanın Cənubi Qafqazdakı yerini və rolunu, Avropanın enerji təhlükəsizliyinə verdiyi dəyərli töhfələri qiymətləndirə bilmir, yaxud bunu, sadəcə, istəmir. Bu baxımdan, ikitərəfli münasibətlərdə yaranan etimadsızlığın səbəbkarı məhz Fransadır”.

R.Məmmədov deyib ki, Fransa tarixi müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə zəngindir:

“Onlar dünyanın müxtəlif bölgələrində 50-dən artıq dövlətin ərazisini işğal edib, sərvətlərini talayıb, xalqlarını uzun illər əsarətdə saxlayıblar. Unutmasınlar ki, Fransanın törətdiyi vəhşiliklər, habelə insanlıq əleyhinə cinayətlər, eləcə də müharibə cinayətləri bəşər tarixinin qara səhifələridir. Artıq Fransada irqçilik, islamofobiya və antisemitizmin ifrat həddə çatdığı da danılmaz faktdır”.

Deputat qeyd edib ki, özünü “demokratiyanın beşiyi” kimi təqdim edən, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi ilk növbədə Fransanın özünə zərbədir:



“Hər kəsə gün kimi aydındır ki, həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Azərbaycan torpaqları Ermənistanın işğalı altında olan zaman Fransa bir dəfə də olsun onları işğalçı siyasətə son qoymağa çağırmadı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad etməklə Təhlükəsizlik Şurasının qətnamələrini icra edərkən Fransa açıq-aşkar şəkildə Ermənistana dəstək verdi.

İndiki şəraitdə Fransa Milli Assambleyasının qəbul etdiyi qətnamə Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə də ziyan vurur. Eyni zamanda, beynəlxalq hüquqa hörmətsizliyin nümayişi olan bu sənədi qəbul etməklə Fransa normallaşma prosesində vasitəçi ola bilməz. Prezident İlham Əliyev bu il noyabrın 25-də ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransda qeyd etdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz. Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub”.

R.Məmmədov hesab edir ki, artıq Fransanın Cənubi Qafqazda gedən proseslərə ciddi təsir imkanları olmayacaq:

“Çünki regionun aparıcı dövləti olan Azərbaycana qarşı atılmış addımlar, qəbul edilmiş qeyri-obyektiv qərarlar Fransanın bölgədə iqtisadi və siyasi təsir imkanlarının da məhdudlaşmasına səbəb olacaq”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu