azadses.az » Siyasət » İranlı hakerlər ABŞ-nin hökumət şəbəkəsini sındırıblar

İranlı hakerlər ABŞ-nin hökumət şəbəkəsini sındırıblar

İranlı hakerlər ABŞ-nin hökumət şəbəkəsini sındırıblar
İranlı hakerlər Amerika Birləşmiş Ştatlarının adı açıqlanmayan federal dövlət agentliyinin şəbəkəsini sındırıblar.

Onlar şəbəkənin parolunu oğurlayaraq kriptovalyutanın generasiyası üçün proqram təminatı quraşdırıblar.

Bu barədə ABŞ-nin Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) bəyanat verib.

Bildirilir ki, bu hadisə fevral ayında baş versə də, ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəsmiləri olanlara iyun ayında reaksiya veriblər.

“2022-ci ilin iyun ayının ortalarından iyulun ortalarına qədər CISA Federal Mülki İcra Hakimiyyəti (FCEB) təşkilatında insidentlərə reaksiya verilməsi ilə bağlı əməliyyat keçirdi. Bu zaman CISA davamlı təhlükələrin artması ilə (APT) bağlı ehtimal olunan aktivlik fəaliyyətini aşkar etdi”, - deyə Federal Təhqiqat Bürosu və CISA-nın ictimai bülletenində qeyd olunub.

Hakerlər hələ CISA-nın 2021-ci ilin dekabrında aşkarladığı və agentliklərə aradan qaldırılmasını tapşırdığı geniş yayılmış boşluqdan istifadə ediblər.

Baş verən hadisə göstərir ki, hakerin şəbəkəni sındırdığı vaxtdan hadisənin aşkarlandığı günə qədər aylar keçə bilər.

Bu həm də əsasən Tehranın podratçısı olan haker qruplarının öz ciblərini doldurmaq üçün müxtəlif sxemlərə əl atdıqlarının sübutu ola bilər.

Beləliklə, hakerlər guya ABŞ hökumət şəbəkəsinə çıxışlarından istifadə ediblər və kriptovalyuta istehsal edən proqram təminatının quraşdırılmasına nail olublar. Bu isə sanksiyalar fonunda İran vətəndaşları üçün potensial faydalı gəlir gətirə bilər.

Şübhəli bilinən iranlı hakerlərin son motivi məlum deyil. CISA və FTB jurnalistlərin bununla bağlı suallarını cavablamayıblar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  2. Bakıda gənc oğlan yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Babək prospektində təmir işləri aparılır, məhdudiyyət qoyulub
  4. İsmayıllı rayonunda zəlzələ olub
  5. Sumqayıtda silah-sursat aşkarlanıb
  6. Ağcabədidə iki avtomobil toqquşub, ölən var
  7. Zaqatala sakini ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb
  8. Yeni ildə yanıq xəsarətləri alan qadın bu gün xəstəxanada vəfat edib
  9. Ağsuda gənc oğlan yol qəzasında ciddi xəsarətlər alıb
  10. Lənkəranın 14 kəndində işıq olmayacaq
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
DİM taksi sürücüləri üçün növbəti imtahan keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün xüsusi hazırlıq keçən taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan keçirəcək. Ətraflı
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Bütün xəbərlər
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar