Bayden marixuana saxlanmasına görə məhkum olunanların hamısını əfv edir
ABŞ Prezidenti Co Bayden marixuana saxlanmasına görə federal səviyyədə mühakimə olunanların hamısını əfv etmək qərarına gəlib.
“Mən federal səviyyədə marixuana saxlamaqda ittiham olunan bütün şəxsləri əfv edirəm”, - deyə sənəddə qeyd olunur.
Baydenin tapşırığı ilə Baş Prokurorluq məhkumlara müvafiq sənədlərin verilməsi prosesini hazırlayır. Fərmanda qeyd olunur ki, onların işə düzəlmələri, eləcə də müxtəlif sosial funksiyaları yerinə yetirmələri asanlaşacaq.
Bayden ABŞ dövlət orqanlarını da belə qərarlar verməyə və yalnız marixuana saxlamağa görə məhkum olunanları azad etməyə çağırıb.