azadses.az » Siyasət » Həştərxan qubernatoru: “Bakı bizim mühüm strateji tərəfdaşlarımızdan biridir”

Həştərxan qubernatoru: “Bakı bizim mühüm strateji tərəfdaşlarımızdan biridir”

“Bu gün biz gəmiqayırma, əmtəə mübadiləsi, kənd təsərrüfatı məhsullarının emalının və dəmir yolu daşımalarının təşkili, dəniz nəqliyyatı sahəsində perspektivli layihələrin həyata keçirilməsi istiqamətində fəal iş görürük”.

Bunu Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin “Report” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Müsahibəni təqdim edirik:

- Ötən ilin sonunda Həştərxan vilayəti və Azərbaycan hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Bu proqramın icrası necə gedir?

- Proqramın icrası çox uğurla davam edir, Azərbaycandan olan tərəfdaşlarımızla fəal qarşılıqlı fəaliyyət mərhələsindəyik. Bildiyiniz kimi ötən ilin dekabrında açılışı olan Həştərxan Biznes Mərkəzi Bakıda fəal iş görür. May ayında Azərbaycan Prezidenti ilə görüşdə Bakı ilə Həştərxan arasında qardaşlaşma haqqında sazişin imzalanmasını nəzərdən keçirmək haqqında razılıq əldə etdik.

Bu gün biz gəmiqayırma, əmtəə mübadiləsi, kənd təsərrüfatı məhsullarının emalının və dəmir yolu daşımalarının təşkili, dəniz nəqliyyatı sahəsində perspektivli layihələrin həyata keçirilməsi istiqamətində fəal iş görürük. Bu gün bütün bunlar mövcud vəziyyətə uyğun olaraq aktiv mərhələdədir.

- Həştərxan vilayətində müasir kənd təsərrüfatı komplekslərinin və kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin yaradılmasına Azərbaycan investisiyasının cəlb edilməsi və stimullaşdırılması üçün hansı tədbirlər həyata keçirilir?

- Biz hələ də “ümumrusiya bağı” hesab olunuruq. Ötən il ölkə üzrə meyvə-tərəvəzin becərilməsi və yığılması üzrə birinci yeri tutmuşuq. Təbii ki, bu gün əsas istiqamət kənd təsərrüfatı məhsullarının emal müəssisələrinin təşkilidir. Tərəfdaşlarımızla kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və burada emal müəssisələrinin təşkili üçün Həştərxan vilayətinə investisiyaların yatırılmasını müzakirə və təşviq edirik. Hazırda kifayət qədər aktiv şəkildə danışıqlar aparılır. Bir sıra istiqamətlər var ki, biz strateji tərəfdaşlarımızla birlikdə torpaq sahələrini seçir və investisiya müqavilələrinin şərtlərini nəzərdən keçiririk.

- Həştərxan vilayəti ilə Azərbaycan arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının daha çox inkişafı üçün hansı imkanlar var?

- İndi dəqiq rəqəmi deyə bilməyəcəyəm, lakin hazırda Həştərxan vilayəti ilə Bakı arasında ticarət dövriyyəsinin artımını müşahidə edirik. Ənənəvi olaraq Bakı bizim mühüm strateji tərəfdaşlarımızdan biridir. Hazırda Volqa-Xəzər kanalı, dəmir yolu, avtomobil yolu ilə tranzit marşrutları Həştərxan vilayətinin ərazisindən keçir.

Vilayətimizin ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət-logistika mərkəzi təşkil olunub ki, onun vasitəsilə meyvə-tərəvəz tranziti həyata keçirilir.

- Azərbaycan və Həştərxan gəmiqayırma müəssisələri arasında danışıqlar hansı mərhələdədir? Ortaq layihələr varmı?

- Hazırda biz birgə layihələr üzərində işləyirik. Söhbət gəmilərin birgə tikintisi sahəsində Həştərxan və Azərbaycanın gəmiqayırma müəssisələri arasında əməkdaşlıqdan gedir. Bizim Həştərxan gəmiqayırma zavodlarında bir neçə yükdaşıma gəmisinin sifarişi perspektivlərimiz yüksəkdir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu