azadses.az » Siyasət » Azərbaycanla Özbəkistan digər ölkələrə birgə ixracı müzakirə ediblər - FOTO

Azərbaycanla Özbəkistan digər ölkələrə birgə ixracı müzakirə ediblər - FOTO

Azərbaycanla Özbəkistan arasında ticarətin artırılması ilə yanaşı, üçüncü ölkələrə birgə ixrac, eləcə də Özbəkistan məhsullarının Azərbaycanın tranzit-nəqliyyat imkanlarından istifadə etməklə ixracı, Azərbaycan şirkətlərinin Özbəkistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovla Özbəkistanın energetika nazirinin birinci müavini Azim Axmedhacayev arasında bu gün keçirilən görüşdə qeyd edilib.

Görüşdə ölkələr arasında iqtisadi əlaqələrin genişlənməsinə önəm verildiyi vurğulanıb, əlaqələrin inkişaf istiqamətləri barədə məlumat verilib, əməkdaşlığın gücləndirilməsi üçün imkanlar qeyd olunub.

Bildirilib ki, uğurla inkişaf edən iqtisadi-ticarət, investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlər, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. Tərəfdaşlığın inkişafında Birgə Hökumətlərarası Komissiya da əlverişli platformadır. İş adamları arasında əlaqələrin genişlənməsində təşkil edilən biznes forumlar və işgüzar görüşlər faydalıdır.

Özbəkistanın energetika nazirinin birinci müavini Azim Axmedhacayev qarşılıqlı səfərlərin, aparılan müzakirələrin regional əməkdaşlığın inkişafında və yeni biznes əlaqələrinin qurulmasında rolunu, Özbəkistan şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini, müxtəlif sahələrdə yeni birgə layihələrin icrasının önəmini diqqətə çatdırıb.

Görüşdə “Uzbekneftqaz” SC sədrinin transformasiya məsələləri üzrə birinci müavini Bexzod Usmanov energetika sahəsində, xüsusilə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb. Tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib