azadses.az » Siyasət » Azərbaycan ictimaiyyətinin Rusiya səfirliyinə müraciəti: “Araik Arutunyanın Moskvaya getməsi hiddət doğurur”

Azərbaycan ictimaiyyətinin Rusiya səfirliyinə müraciəti: “Araik Arutunyanın Moskvaya getməsi hiddət doğurur”

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın ölkəmizdəki səfirliyinə müraciət ünvanlayıb.
Oxu.Az müraciəti təqdim edir:
“Xanımlar və cənablar,
Hörmətli diplomatlar,
Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya “şəxsi səfər”ə gəlib. Bu məlumatı, o cümlədən Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan təsdiq edib.
Bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub.
Əvvələn, peşəkar diplomatlara yaxşı məlum olmalıdır ki, cənab Arutyunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş valid, yəni, hüquqi qüvvəyə malik olan sənəd təqdim etməlidir. Mənşə ölkəsi Azərbaycan olan Araik Arutyunyanın Rusiyaya səfəri zamanı bu normalara riayət edilibmi?
Həmçinin xatırladırıq ki, 44 günlük müharibə dövründə Araik Arutyunyan Gəncənin yaşayış məhəllələrinin raket atəşinə tutulmasına görə məsuliyyəti açıq-aşkar öz üzərinə götürüb. Bu, müharibə cinayətidir. Hazırda Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib.
Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında çoxdan sazişlər bağlanıb, bu sazişlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Lakin belə bir fonda Azərbaycan ictimaiyyəti Araik Arutyunyanın Rusiyaya açıq səfərini necə qiymətləndirə bilər?
Araik Arutyunyan Moskvaya Şuşada aşkar edilmiş “İsgəndər-M” operativ taktiki raket komplekslərinin (OTRK) detalları ətrafında anlaşılmaz qeyri-müəyyənlik fonunda yola düşüb. Bir daha təkrar edirik: “İsgəndər-M” başqa ölkələrə ixrac edilməli olmayan OTRK-nın modifikasiyasıdır. Bu gün həmin raketlərin detalları Bakıda Hərbi Qənimətlər Parkında sərgilənib. Həmin detalların üzərində seriya nömrələri tam aydın görünür. Lakin təəssüf ki, biz indiyə qədər Rusiya tərəfinin aydın cavabını eşitməmişik, həmçinin Rusiya KİV-lərində Azərbaycanın ünvanına insinuasiyalar kampaniyası genişlənir.
Eyni zamanda, “İsgəndər-M” raketləri barədə bizim suallarımıza cavab alınmayınca Araik Arutyunyanın Moskvaya gəlməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq zərurəti yaranır. Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri bunu qeyd etməyə məcburuq: Araik Arutyunyanın Moskvaya budəfəki səfəri Azərbaycan ilə Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır. Bir məqama diqqət yetirmək lazımdır ki, Rusiya təcavüzkar separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın ədalətli mövqeyini yaxşı başa düşməlidir.
Ona görə ümidvar olduğumuzu bildiririk ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək”.
Həmid Həmidov - “Global Media Group”un media direktoru
Rufiz Qonaqov - "Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İB-nin rəhbəri
Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri
Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun rəhbəri
Əhməd Abbasbəyli – “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin rəhbəri
Vüqar Xəlilov – CBC TV-nin rəhbəri
Rafiq Haşimov – AZTV-nin sədr müavini
Orxan Fikrətoğlu – müstəqil jurnalist
Anar Şükürov – ATV-nin Xəbərlər Redaksiyasının rəhbəri
Əflatun Amaşov – Mətbuat Şurasının sədri
Elçin Şıxlı - “Ayna-Zerkalo” qəzetinin baş redaktoru
Samir Adıgözəlov – “İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi" İB-nin rəhbəri
Rauf Arifoğlu - “Yeni Müsavat” qəzetinin baş redaktoru
Nüşabə Məmmədova – "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" İB-nin rəhbəri
Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru
Araz Zeynalov – vesti.az saytının baş redaktoru
Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İB-nin rəhbəri
Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İB-nin rəhbəri
Namiq Mailov – “Region plyus” jurnalının baş redaktoru
Emil Mustafayev - Minval.az saytının baş redaktoru
Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru
Bəhram Bağırzadə - Əməkdar artist, “Parni iz Baku” ŞHK komandasının aktyoru
Heydər Mirzə - hərbi jurnalist, analitik
Məhərrəm Zülfüqarlı – “İctimai Problemlərin Tədqiqi Assosiasiyası" İB-nin rəhbəri
Vyaçeslav Sapunov - jurnalist, bloger
Bəhram Batıyev – “Armiya.az” saytının baş redaktoru
Rizvan Hüseynov – tarixçi
Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar" İB-nin rəhbəri
Şəlalə Həsənova – “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İB-nin rəhbəri.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib