azadses.az » Cəmiyyət » “Azərbaycan məsələ qaldıracaq - Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil...

“Azərbaycan məsələ qaldıracaq - Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil...

Qarabağ haqda 10 noyabr razılaşmasından sonra Azərbaycanda insanları narahat edən məsələlələrdən biri də separatçıların liderinin sülhməramlıların komandirləri ilə şəkil çəkdirməsi, onlarla görüşlərdə separatçıların bayrağının qoyulması, Araik Arutunyanın Moskvaya səfər etməsidir. Bu kimi hallar təhlükəli siqnallar hesab oluna bilərmi?
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, deputat Fəzail Ağamalı deyib ki, o SSRİ və Rusiya müstəmləkəçiliyinə qarşı mübarizə aparan şəxs olub və bu gün də mövqeyində qalır: “Lakin biz, bu gün mövcud olan situasiyada xalq olaraq Rusiyanın sülhməramlılarının üzərinə getməli deyilik. Bunu buraxmalıyıq ölkə prezidentinin diplomatik məharətinə və onun atdığı addımları dəstəkləməliyik.
 
Mən parlamentdə də bildirdim, bizim qələbəmizi təmin edən başlıca şərtlərdən biri xalqımızın həmrəyliyi və bütövlüyü oldu. Xalqımız dövləti və Ali Baş Komandanı ilə bərabər oldu. Ona görə də, bizi heç cür daxildən parçalaya bilmədilər. Cəmiyyət bütöv olduğundan ordu arxayın idi ki, onun ailəsi problem, xaos içində deyil.
 
Odur ki, ordu irəli getdi, qələbə qazandı. Ona görə, biz, bu mövqeyi saxlamalıyıq. Mənim birmənalı mövqeyim odur ki, ölkə prezidenti verdiyi bütün sözləri tutub, arxasında dayanıb.
 
Separatçılara gəldikdə, ola bilsin ki, təhlükə görüntüsü yaradır. Mənim özüm də buna baxanda narahat oldum. Gördüm ki, Rusiya generalı separatçı və quldur Arutyunyanla foto çəkdirib və o fotoda separatçıların əski parçası da var. Arutyunyan Paşinyanla son dəfə görüşəndə həmin “bayraq” yox idi. Onun Moskvaya niyə getməsinə gəlincə, ola bilsin ki, tapşırıqlar almağa gedib. Amma istənilən halda, Ermənistan özünün faşist düşüncə siyasətini hansısa formada ifadə etməyə cəhd edərsə, cənab prezidentin dediyi kimi, on qat cavabını alacaq. İnsanlarımız bu məsələdə arxayın olsunlar. Nəhayətdə mənim gümanlarıma görə, rus sülhməramlıları 5 il orada qalası deyil”.
 
F. Ağamalının proqnozuna görə, bütün məsələlər qaydaya qoyulduqdan sonra mümkündür ki, maksimum 15-20 min əlsiz-ayaqsız erməni oraya gəlib yaşamaq istəsin: “Onlar filtrasiyadan keçdikdən, Azərbycan vətəndaşı kimi yaşamaq imkanı əldə etdikdən sonra görəcəklər ki, normal münasibətlər çərçivəsində yaşamaq mümkündür. Bu zaman Azərbaycan məsələ qaldıracaq ki, türk qardaşlarımız da daxil olmaqla, sülhməramlıların burada qalmasına ehtiyac yoxdur. Beləliklə, bütün sülhməramlılar Azərbaycanı tərk edəcəklər. Mən bunu gözəyirəm, bu, tamamilə real proqnozdur. Ona görə də, gəlin hadisələri qabaqlamayaq, əksinə, prosesləri izləyək”.Azpolitika
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib