Neslihan Atagül xərçəng xəstəsi qadının obrazını canlandıracaq? – AÇIQLAMA
- 25-09-2020, 09:52
- Mədəniyyət
Xərçəng xəstəliyinə qarşı əzmkar mübarizəsi ilə bir çoxlarının sevimlisinə çevrilən, lakin ötən il elə həmin xəstəlik səbəbilə dünyasını dəyişən türkiyəli gənc Neslican Tayın həyatından bəhs edən “Dəmir Qadın” adlı film haqqında iddialar ortaya atılıb.
''Azad Səs'' Hokm.az-a istinadən xəbər verir ki, sosial mediada filmin baş rolunu məşhur aktrisa Neslihan Atagülün oynayacağı xəbərləri yayılıb.
Lakin aktrisanın həmkar həyat yoldaşı Kadir Doğulu iddiaları təkzib edib. O, həyat yoldaşının adından reklam kimi istifadə olunduğunu bildirib: “Neslihan layihəni qəbul etməməsini səbəbləri ilə birlikdə prodüserlərə açıqlayıb. Amma prodüser qəbul etmədiyini halda, onu PR kimi istifadə edib. Bunun altında yaxşı niyyət tapa bilmərik”.
K.Doğulu açıqlamasında filmin ssenarisinin zəif olduğuna işarə edib.Publika.az