azadses.az » Mədəniyyət » Dindarlar Əlixanın filmini tənqid etdi, aktyor Hacı Şahinlə görüşdü

Dindarlar Əlixanın filmini tənqid etdi, aktyor Hacı Şahinlə görüşdü

Gənc aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” filmi müzakirələrə səbəb olub.

“Azadsəs.az” xəbər verir ki, filmdə saxta mollalardan, o cümlədən dini xurafatlardan bəhs edilməsi inanclı şəxslər tərəfindən birmənalı qarşılanmayıb və ekran işinin İslama qarşı olduğunu bildiriblər.

Gənc aktyor ona qarşı ittihamlara özünün feysbuk hesabında cavab verib:

“Arzulayıram ki, heç bir müəllif sonra öz filmini izah etməyə məcbur olmasın. Təəssüf ki, “Sonuncu şam yeməyi” filmimiz bir qism həmvətənlərimizin xətrinə dəyib. Onlar məni və filmdə olan başqa insanları dinə lağ etməkdə ittiham edirlər.

Əvvəla film din haqqında yox, xürafat haqqındadır, həm də insan ölümünün dəyərsizliyini göstərir və ya həyatının. Əslində, bizim ilkin məqsədimiz elə məhz bu idi. İnanclı insanların da görməkdən yorulduğu, lakin hər zaman dilə gətirilməyən, xürafatın, mövhumatın, saxtakarlığın din adı ilə təqdim olunmasını, hətta bizə sırınmasını tənqid etmək istəyirdik.

O ki qaldı filmdə olan bəzi məqamlara, hamımızın bildiyi kimi, indi hazırda da qəbiristanlıqlarda kifayət qədər “Qurani-Kərim”i filmdə göstərilən personajdan da yanlış oxuyan "mollalar"var. Düşünürəm ki, az bir hissəmiz onlara gedib etirazımızı bildiririk. Yaradıcı adam olaraq mən də bu cür etirazımı bildirdim.

Biz filmdə yas prosesini bütövlüklə göstərməli olduğumuza görə şəriətin bizə buyurduğu adətləri də göstərməli idik. Bunu göstərməyimiz qəbul etməməyimizə dəlalət etmir. Ümumiyyətlə, məsələ şəriətin bizə buyurduqlarının hal-hazırda necə icra olunmasından gedir. Biz yalnış icra edənləri göstərib qınayırıq.

Başa düşürəm ki, etiraz edənlərin əksəriyyəti içki məclislərində iştirak etmədiyindən məsələdən bixəbər ola bilərlər. Ancaq izləyicilərin əksəriyyəti spirtli içkilərlə "Allah xoşbəxt eləsin", "Amin" və bu kimi cümlələrin həmin məclislərdə istifadə olunmasını və əlbəttə ki, bunun doğru olmadığını bilirlər. Yəni bu hal da zəmanəmizdə baş verən bir haldır, uydurma deyil.

Əsas məsələ odur ki, bizim problemimiz dinlə yox, dini ayinləri səhv icra edənlərlədir. Qüsuru onlarda axtarıb tapdıq. Hər dəfə başqa başqa sahələrdən çəkib göstərirdik, bu dəfə də bu haqda çəkdik. Ümumilikdə əlbəttə ki, hər kəsin inancına hörmətlə yanaşırıq. Hər zaman komandamızda müxtəlif inanclı insanlar olub. Lakin bu gördüyümüz işə heç bir təsir göstərməyib. Bütün yuxarıda yazılanlara baxmayaraq, əgər istəmədən hansısa dindar qardaş və bacıların heysiyyətinə toxunmuşuqsa, bundan təəssüf hissi keçirdiyimizi bildirir və bizi üzrlü hesab etmələrini xahiş edirik”.

Əlixan məsələ ilə bağlı ilahiyyatçı Hacı Şahin Həsənli ilə də görüşdüyünü bildirib:

“Qeyd olunan məsələləri onunla da müzakirə etdik. O da din xadimi kimi bəzi iradlarını bildirdi və bu kimi məsələlərdə daha diqqətli olmağımızı tövsiyyə etdi. Əsil niyyətimiz nə olduğunu anladığını bildirdi. Hacıya da bizi qəbul etdiyinə görə təşəkkür etdik və gələcək işlərimizdə bu cür həssas mövzularda daha diqqətli olacağımızı bildirdik”.


DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  2. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  3. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  4. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  5. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  6. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  7. Subunçuda avtomobil aşıb, xəsarət alan var
  8. Şamaxıda 4 yaşlı uşaq yol qəzasında xəsarət alıb
  9. Argentinada 6 maqnitudalı zəlzələ olub
  10. Şanlıurfada yol qəzası olub, ölənlər var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvarda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb
Biləsuvar rayonunda bu il 3 məktəbdə yeni peşə təmayüllü siniflər yaradılıb. "Report"un Muğan bürosunun məlumatına Ətraflı
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Sentyabrın 23-dən Xankəndi şəhərində Qarabağ Universitetində tədris prosesinə başlanılır. "Report" xəbər verir ki, Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?