azadses.az » Mədəniyyət » Fuad Hüseynəliyev: “Media haqqında yeni qanun ölkəmiz üçün olduqca vacibdir” - VİDEO

Fuad Hüseynəliyev: “Media haqqında yeni qanun ölkəmiz üçün olduqca vacibdir” - VİDEO

Azərbaycanda bütün istiqamətlərdə aparılan ciddi islahatların qanunvericilik bazası media məkanına qədər genişlənir - ölkə parlamentinin müzakirə etməyə başladığı yeni qanun layihəsi onun müasirləşməsinə və səmərələşməsinə kömək edəcək.

“Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Media haqqında" qanun layihəsinin əhəmiyyətini CBC telekanalına müsahibəsində şərh edərkən bildirib ki, yeni layihə ölkəmiz üçün son dərəcə zəruridir.

“İlk növbədə qeyd etmək istərdim ki, “KİV haqqında” qanun hələ 1999-cu ildə qəbul edilib və sonradan müəyyən dəyişikliklərə məruz qalsa da, ölkəmizdə bu sahədə mövcud olan bütün iş miqyasını əhatə etməyib. Bu, birinci növbədə internet resurslarının inkişafı ilə bağlıdır, çünki mövcud qanunun çox hissəsi çap mediasını, qəzetləri, xəbər agentliklərinin fəaliyyətini tənzimləyir. Ölkədə çoxlu sayda portalların fəaliyyəti qanundan kənarda qalır.
Yeni qanun layihəsində nəzərdə tutulub ki, bütün media portalları və agentlikləri bir-biri ilə əməkdaşlıq müqaviləsi bağlasın, yəni portallar müqavilə imzalanmadan məlumatı dərc edə bilməyəcək və ya onlar bizim xəbərlərimizin yalnız 1/3-dən istifadə edə biləcəklər. Bu, hazırda müşahidə etdiyimiz xəbər oğurluğunun miqdarını əhəmiyyətli dərəcədə azaldacaq. Bütün bunlar bizim fəaliyyət sahəmiz üçün çox zərərlidir”, - deyə F.Hüseynəliyev bildirib.

“Report” İnformasiya Agentliyinin direktorunun sözlərinə görə, layihə sadə dildə yazılmasına baxmayaraq, müəyyən təkmilləşdirmələr tələb edir.

"Mənim üçün heç anlaşılmazlıq olmayıb, amma müəyyən təkmilləşdirmələrə ehtiyac var və bir sıra dəyişikliklər parlamentdə müzakirə zamanı öz əksini tapacaq. Üstəlik, parlament komissiyalarında müzakirə zamanı ayrı-ayrı alt komitələr yaradılacaq və onlara jurnalistlər də cəlb olunacaq ki, onlar qanun layihəsində tələb olunan konkret dəyişiklikləri verə bilsinlər və qanun layihəsini təkmil formaya çatdırsınlar”, - deyə Fuad Hüseynəliyev əlavə edib.

DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib