Fransadan müsəlmanlara qarşı ŞOK QANUN
- 10-12-2020, 08:52
- Dünya
Fransa hökuməti İslam və müsəlmanları hədəf aldığına görə tənqid atəşinə məruz qalan qanun layihəsi barədə qərar verilib.
''Azad Səs'' Publika.az-a istinadən xəbər verir ki, Prezident Emmanuel Makron tərəfindən 2 oktyabrda açıqlanan qanun layihəsi Nazirlər Kabinetində müzakirəyə çıxarılıb.
Fransa Baş naziri Jan Kasteks iclasdan sonra mətbuat konfransında qanun layihəsinin qəbul edildiyini və iddia olunan kimi İslamı hədəf almadığını açıqlayıb. O, radikal islamçılıqla mübarizə məqsədi daşıdığını bildirib.
Solçu Boyun Əyməyən Fransa Hərəkatının lideri Jan Luk Melençon isə qanun parlamentə təqdim ediləndə çox sayda dəyişiklik tələb edəcəklərini, bunun müsəlmanları damğalamaq niyyəti daşıdığını açıqlayıb.
Qeyd edək ki, qanun layihəsi İslam dərnəklərinin maliyyələşməsinin monitorinqi və Fransa tərəfindən imamlara sertifikat verilməsi şərtlərini də ehtiva edən 54 maddədən ibarətdir.