azadses.az » Manset » Mikayıl Cabbarovdan "AzerGold”la bağlı AÇIQLAMA

Mikayıl Cabbarovdan "AzerGold”la bağlı AÇIQLAMA

“AzerGold” QSC-nin istiqraz emissiyası ilə bağlı 3 əsas fikri bölüşmək istərdim. Bunlardan biri emissiyanın şirkətin fəaliyyətinə müsbət təsiri, digər fikir prosesin dövlət mülkiyyətində olan müəssisələrin səmərəliliyi üçün imkanlar yaratması, üçüncü fikir isə ölkə iqtisadiyyatına müsbət təsirlə bağlıdır".
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, bunu “AzerGold”un istiqrazlarının hərraca çıxarılması ilə bağlı keçirilən tədbirdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
 
“Ölkə prezidentinin qarşımızda qoyduğu hədəf ondan ibarətdir ki, dövlət mülkiyyətində olan şirkətlər tam rəqabətli, beynəlxalq standartlara uyğun, korporativ idarəetmə prinsiplərini əsas tutan müəssisələrə çevrilməli, iqtisadiyyatın şaxələndirilməsinə töhfə verməlidir. Bu mənada istiqrazların buraxılışı bizim üçün vacibdir. İqtisadiyyat Nazirliyi “AzərGold”un Müşahidə Şurasının səlahiyyətlərinə aid edilən bir sıra funksiyaları yerinə yetirir və əminəm ki, istiqrazların uğurla yerləşdirilməsi müəssisənin maliyyə dayanıqlığının, şəffaflığının, institusional və fərdi investorlarun ona inamının göstəricisi olacaq. Həmin bazardan cəlb edilmiş vəsaitlər yeni yataqların işlənilməsinə, şirkətin fəaliyyətinin genişləndirilməsinə yönəldiləcək. İlkin əldə etdiyimiz məlumata görə, bu istiqrazlara maraq çox yüksəkdir. Biz də səbirsizliklə yerləşdirmənin nəticələrini gözləyəcəyik. Bu işdə iştirak edən maliyyə institutlarına, "Bakı Fond Birjası" QSC-yə təşəkkür edirəm", - deyə o, qeyd edib.
 
"Dövlət müəssisələri bu maliyyə alətindən indiyə qədər nadir hallarda istifadə edib. İndiyənə qədər dövlət şirkətləri arasında yalnız daxili bazarda iqtisadiyyatımızın flaqmanı olan SOCAR-ın qiymətli kağızları dövriyyəyə çıxarılıb. Qeyi-neft sektorunu təmsil edən, bu sektorun əsas ixracatçılarından olan “AzerGold”un  qiymətli kağızlarının bazarda daha aşağı faizlə yerləşdirilməsi bizim üçün çox gözəl imkanlar açır. Çünki digər dövlət müəssisələri üçün də alternativ maliyyələşmə imkanı açılır. Çalışacağıq ki, gələcəkdə digər şirkətlərimizə də dəstək olaq, yardımçı olaq. Tamamilə aydındır ki, bu növ əməliyyatlar və kapital bazarlarının inkişafı bütün tərəflərə faydalıdır. Həm qiymətli kağızları yerləşdirən, yəni kapitala ehtiyacı olan müəssisələrə, həm də ki, qiymətli kağızları alan investorlara", - deyə M.Cabbarov əlavə edib.
 
"Nəhayət ölkə iqtisadiyyatına təsiri barədə söyləyək. Bilirsiniz ki, bizim əsas hədəfimiz ölkənin iqtisadiyyatının davamlı inkişafıdır və bunun üçün kapital bazarlarının inkişafı, kapitala çıxış, maliyyə alətlərinin genişləndirilməsi zəruri olan alətlərdir. Hesab edirəm ki, bu mənada da bugünkü hadisə əlamətdar haldır, iqtisadiyyatın maliyyə dayanıqlığının artırılması, yalnız dövlət sektorunda deyil, həmçinin özəl sektorda fəaliyyət göstərən müəssisələr üçün gözəl bir nümunə kimi çıxış edə bilər. İqtisadiyyat Nazirliyi olaraq biz bu halların gələcəkdə sayının artmasını dəstəkləməyə hazırıq”, - deyə nazir fikrini tamamlayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu