FHN-nə tabe olan qurum 637 min manata layihə hazırlayacaq
- 15-09-2020, 08:20
- Cəmiyyət
Mənzil İnşaat Dövlət Agentliyi(MİDA) Fövqəladə Hallar Nazirliyi (FHN) ilə 637 min 647 AZN dəyərində müqavilə imzalayıb.
''Azad Səs'' PARLA-ya istinadən xəbər verir k, müqavilə Hövsan qəsəbəsinin qərb hissəsində 18.81 hektar ərazidə inşa olunacaq yaşayış kompleksinin tikinti layihəsinin hazırlanması məqsədilə bağlanıb. Layihəni FHN-nin tabeliyində olan “Azərdövlətlayihə” hazırlayacaq.
MİDA 2016-cı ildə yaradılıb. Qurumun fəaliyyətinin əsas məqsədi ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq, müasir memarlıq üslubunda ekoloji və enerji səmərəliliyi tələblərinə cavab verən çoxmənzilli binaların tikilməsini təmin etmək, habelə bununla bağlı şəhərsalma və tikinti sahələrində dövlət idarəetməsini təkmilləşdirməkdir.
MİDA-nın İdarə Heyətinin sədri Sadıq Sadıqovdur.