azadses.az » Manset » Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Moskvada akademik Məmməd Əliyevin 70 illiyinə həsr olunmuş kitabın təqdimatı keçirilib

Moskvada Rusiya Səhiyyə Nazirliyinin "Rusiya Milli Tibbi Tədqiqat Radioloji Mərkəzi" Federal Dövlət Büdcə Müəssisəsinin elmi şurasının iclası keçirilib. İclas Rusiya Elmlər Akademiyasının akademiki Məmməd Əliyevin 70 illik yubileyinə və onun "Sümük və yumşaq toxuma şişləri" elmi rəhbərliyinin təqdimatına həsr olunub.

“Report”un yerli bürosunun məlumatına görə, tədbirdə Rusiya və beynəlxalq tibb sahəsinin nümayəndələri iştirak ediblər.

İclasda çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev Prezident İlham Əliyevin akademik Məmməd Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncamını oxuyub. Diplomat həmçinin akademikin yeni müalicə üsulları və cərrahi yanaşmaların işlənib hazırlanmasına verdiyi töhfəni qeyd edib, bunu onun elmi bioqrafiyasının mühüm tərkib hissəsi adlandırıb.

"Bu gün sizin rəhbərliyiniz altında Rusiya, Azərbaycan və xarici alimlərin bütöv bir nəsli formalaşıb. Uzun müddət Ümumrusiya Azərbaycan Konqresinə rəhbərlik etmisiniz. Bu qurum Vladimir Putinin prezident kampaniyası ilində yaradılmışdı. Konqres Azərbaycan və Rusiya arasında əlaqələrin hərtərəfli inkişafına yönəlmişdi", - R.Mustafayev bildirib.

Tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının (EA) akademiki Andrey Kaprin Rusiya Prezidenti Vladimir Putindən gələn təbrik teleqramını oxuyub.

Rusiya EA-nın akademiki Mark Kutser qeyd edib ki, M.Əliyev onkoloji məktəbin yaradılması üçün çox iş görüb: "Sağlamlıq, xoşbəxtlik və yaradıcılığında uğurlar arzulayıram. Çünki Məmməd Əliyev bu gün böyük alim, onkoloq, pedaqoq, on minlərlə həyatı xilas etmiş həkimdir. Onkoloji məktəbin yaradılması üçün çox iş görüb".

Qeyd edək ki, aprelin 8-də Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə akademik Məmmədbağır Cavad oğlu Əliyevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Məmmədbağır Əliyev azərbaycanlı və rusiyalı onkoloq-həkim, professor, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademikidir. O, Ümumrusiya Azərbaycan Konqresinin ilk prezidenti (2001-2016) olub. O həm də “Dostluq” ordeni ilə təltif olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib