azadses.az » Cəmiyyət » AMEA-nın iki müxbir üzvü eyni gündə vəfat etdi

AMEA-nın iki müxbir üzvü eyni gündə vəfat etdi

Bir akademik isə dünən vəfat etmişdi
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) daha iki müxbir üzvü vəfat edib.
Azadsəs-in məlumatına görə, görkəmli tarixçi alim, Arxeologiya və Etnoqrafiya İnstitutunun Tunc və ilk dəmir dövrü arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Əliyev yanvarın 8-də 84 yaşında vəfat edib.Şəki şəhərinin Daşbulaq kəndində anadan olan alim Azərbaycanın tarixi və arxeologiyası sahəsində 300-ə yaxın elmi əsərin, o cümlədən 9 monoqrafiya və kitabın müəllifi idi. Onun Azərbaycanın qədim tarixinin arxeoloji tədqiqi sahəsinə həsr olunmuş “Azərbaycanın tunc dövrü boyalı qablar mədəniyyəti”, “Qədim Naxçıvan”, “Ağsunun tarixi səhifələri”, “Naxçıvan Azərbaycanın tarixi diyarıdır”. “Gəmiqaya”, “Naxçıvanın Qədim qala şəhərləri”, “Qədim Qarabağ” kitabları və digər bu kimi əsərləri elmi ictimaiyyətin rəğbətini qazanmışdır. Onun tərəfindən 1960-1980-ci illərdə aparılan gərgin və səmərəli axtarışlar sayəsində Naxçıvan Muxtar Respublikası ərazisində 500-dən artıq yeni tarixi abidə aşkar edilmişdir.Görkəmli kimyaçı alim, Əməkdar elm xadimi, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü Fazilə Səmədova da ötən gün 91 yaşında vəfat edib. Şamaxı şəhərində anadan olan alimin bütün elmi fəaliyyəti neft və neftayırma sənayesi ilə bağlı olub. O, Azərbaycan neftlərinin tərkib və xassələrinin öyrənilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınması üçün yüksək iqtisadi səmərəli texnoloji proseslərin işlənib hazırlanması ilə məşğul idi. Alimin, eləcə də onun yaratdığı məktəbin tədqiqat işlərinin nəticəsi respublikada neft ehtiyatının hesablanmasında, neftlərin çeşidlənməsi, nəqli və emalında istifadə edilib.
F.Səmədova 1991-ci ildə elm sahəsindəki nailiyyətlərinə görə “Azərbaycan Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür. Onun apardığı elmi-tədqiqat işlərinin nəticələri 530 elmi əsərdə, o cümlədən 24 monoqrafiya, 1 publisistik kitab, 64 müəllif şəhadətnaməsi və patentdə əksini tapmışdır. Onun rəhbərliyi altında 20 fəlsəfə və 4 elmlər doktoru hazırlanmışdır.
Xatırladaq ki, yanvarın 7-də Azərbaycanda yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, "Şöhrət" ordenli, Milli Aviasiya Akademiyasının Ümumi və tətbiqi fizika kafedrasının müdiri, akademik Bahadır Tağıyev 86 yaşında vəfat etmişdi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva professor Bahadır Tağıyevin vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.Bahadır Tağıyev - yarımkeçiricilər fizikası sahəsində tanınmış alim, Dövlət Mükafatı laureatı, akademik 
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib