azadses.az » Manset » Tramp “Chevron”un Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını uzada bilər

Tramp “Chevron”un Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını uzada bilər

ABŞ Prezidenti Donald Tramp “Chevron” enerji şirkətinin Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını yeniləməyi nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp martın 19-da Ağ Evdə “Chevron” şirkətinin baş direktoru Mayk Virt və digər neft sənayesi nümayəndələri ilə görüşü zamanı administrasiyanın gələn ay şirkətin Venesueladakı fəaliyyətini dayandırmaq barədə son qərarına yenidən baxmağa hazır olduğunu bildirib.

Eyni zamanda, prezidentin komandası Venesuela neftini alan ölkələrə tariflər və digər maliyyə sanksiyaları tətbiq etmək planları hazırlayır. WSJ mənbələri qeyd edir ki, bu tədbirlərin təfərrüatları hələ də dəqiqləşdirilir.

Bildirilir ki, Virt Vaşinqtonda Tramp administrasiyasını “Chevron”a Venesueladan çıxmaq üçün daha çox vaxt verməyə inandırmaq üçün lobbiçilik kampaniyasına rəhbərlik edib. O, artıq bu məsələni ABŞ-nin Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessentlə müzakirə edib.

“Chevron”un rəhbəri şirkətin lisenziyasının azı iki ay müddətinə uzadılmasını istəyir. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi şirkətə aprelin 3-dək Venesueladakı fəaliyyətini dayandırmağı tapşırmışdı. Virtin fikrincə, “Chevron” Venesueladan getsə, ABŞ-nin əsas rəqiblərindən biri olan Çin adıçəkilən ölkənin neft ehtiyatlarına çıxış əldə edəcək.

Xatırladaq ki, fevralın 26-da Tramp martın 1-dən etibarən ABŞ neft şirkətlərinin Venesuelada fəaliyyət göstərməsinə icazə verən sanksiyalardan azad olunduğunu elan edib. 2022-ci il noyabrın sonunda ABŞ hökuməti Karakasa qarşı mövcud sanksiyalara baxmayaraq, “Chevron”a Venesuelada neft çıxarmağa və onu ABŞ-yə ixrac etməyə icazə verib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Xırdalanda "Kristal Abşeron 1" yaşayış kompleksində yanğın söndürülüb - YENİLƏNİB-2
  2. Babək rayonunda "Niva" yanıb
  3. Bakıda 6 dərəcə isti müşahidə olunur, bəzi rayonlarda qarın hündürlüyü 9 sm-ə çatıb - FAKTİKİ HAVA
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Bərdədə yaşayış binasında uçqun olub
  6. Bakıda 48 yaşlı qadın dəm qazından ölüb
  7. Gədəbəydə 4 otaqlı ev yanaraq külə dönüb
  8. Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
  9. Xaçmaz rayonunda yol qəzası olub, yaralananlar var
  10. Bakıda ölümlə nəticələnən yol qəzası olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çin ekstremal şərtlər üçün ilk keramik aerogelini yaradıb
Çinin Elmlər Akademiyasının Hefey Fizika Elmləri İnstitutunun alimləri yüksək anizotrop istilik keçiriciliyinə və müstəsna Ətraflı
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar