Главная > Manset / Dünya > Tramp “Chevron”un Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını uzada bilər

Tramp “Chevron”un Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını uzada bilər


Dünən, 09:42. Разместил: azadses
ABŞ Prezidenti Donald Tramp “Chevron” enerji şirkətinin Venesuelada fəaliyyət göstərmək üçün lisenziyasını yeniləməyi nəzərdən keçirir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Tramp martın 19-da Ağ Evdə “Chevron” şirkətinin baş direktoru Mayk Virt və digər neft sənayesi nümayəndələri ilə görüşü zamanı administrasiyanın gələn ay şirkətin Venesueladakı fəaliyyətini dayandırmaq barədə son qərarına yenidən baxmağa hazır olduğunu bildirib.

Eyni zamanda, prezidentin komandası Venesuela neftini alan ölkələrə tariflər və digər maliyyə sanksiyaları tətbiq etmək planları hazırlayır. WSJ mənbələri qeyd edir ki, bu tədbirlərin təfərrüatları hələ də dəqiqləşdirilir.

Bildirilir ki, Virt Vaşinqtonda Tramp administrasiyasını “Chevron”a Venesueladan çıxmaq üçün daha çox vaxt verməyə inandırmaq üçün lobbiçilik kampaniyasına rəhbərlik edib. O, artıq bu məsələni ABŞ-nin Dövlət katibi Marko Rubio və maliyyə naziri Skott Bessentlə müzakirə edib.

“Chevron”un rəhbəri şirkətin lisenziyasının azı iki ay müddətinə uzadılmasını istəyir. Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi şirkətə aprelin 3-dək Venesueladakı fəaliyyətini dayandırmağı tapşırmışdı. Virtin fikrincə, “Chevron” Venesueladan getsə, ABŞ-nin əsas rəqiblərindən biri olan Çin adıçəkilən ölkənin neft ehtiyatlarına çıxış əldə edəcək.

Xatırladaq ki, fevralın 26-da Tramp martın 1-dən etibarən ABŞ neft şirkətlərinin Venesuelada fəaliyyət göstərməsinə icazə verən sanksiyalardan azad olunduğunu elan edib. 2022-ci il noyabrın sonunda ABŞ hökuməti Karakasa qarşı mövcud sanksiyalara baxmayaraq, “Chevron”a Venesuelada neft çıxarmağa və onu ABŞ-yə ixrac etməyə icazə verib.


Вернуться назад