azadses.az » Manset » Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı 2030-cu ilə qədər Azərbaycan ÜDM-inin artımı ilə bağlı proqnozlarını açıqlayıb

Dünya Bankı 2025-ci ildə Azərbaycanda iqtisadi artımı 2,7 % səviyyəsində proqnozlaşdırır.

Bu barədə “Report”a Dünya Bankından məlumat verilib.

Bankın proqnozlarına əsasən, ölkədə ÜDM-in artım tempi 2026-cı ildə 2,4 %-ə, 2027-ci ildə 2,3 %-ə, 2028-2029-cu illərdə isə 2,2 %-ə qədər azalacaq. 2025-2029-cu illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla ildə 2,4 % artacaq.

Bankın hesablamalarına görə, əsas yataqların (Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlar bloku) köhnəlməsi səbəbindən neft hasilatı azalmağa davam edəcək, təbii qaz hasilatı (“Şahdəniz” yatağında) isə 2024-2025-ci illərdəki pik səviyyələrdən sonra sabitləşəcək.

İqtisadiyyatın qeyri-resurs sektorları, əsasən xidmət və tikinti sektoru ildə 4 % səviyyəsində artım nümayiş etdirəcək. Tikinti sektoru, güman ki, dövlət investisiyalarına meylli olacaq.

Dünya Bankından bildirilib ki, iqtisadiyyatda dövlətin yüksək payı, maliyyə bazarının zəif inkişafı və kifayət qədər insan kapitalının olmaması kimi əsas struktur məhdudiyyətləri aradan qaldırılarsa, ortamüddətli perspektivdə artım templəri sürətlənə bilər. Bunun üçün isə son vaxtlar qəbul edilmiş rəqabət qanunu və maliyyə sektorunda normativ-hüquqi aktlarının səmərəli şəkildə həyata keçirilməsi lazımdır.

Dünya Bankının proqnozlarına görə, ölkənin xarici və fiskal vəziyyəti ortamüddətli perspektivdə dayanıqlı olaraq qalacaq, hərçənd karbohidrogen gəlirlərinin hasilat həcmlərinə uyğun olaraq azalması səbəbindən profisitlərin azalacağı gözlənilir.

“Eyni zamanda iqtisadi proqnozlar geosiyasi amillər, qlobal iqtisadi dəyişikliklər və iqlim çağırışları da daxil olmaqla bir sıra risklərə məruz qalır”, - bankdan qeyd edilib.

Xatırladaq ki, Azərbaycan İqtisadiyyat Nazirliyi 2025-cü ildə ÜDM-in artımını 3,5 %, Mərkəzi Bank isə 3,3 % səviyyəsində proqnozlaşdırır.

Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illər üzrə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları dəyişir: “S&P Global” - illik 2 %, “Fitch Ratings” - 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, “Moody's” - illik 2,5 %. Niderlandın ING bankı isə ölkədə iqtisadi artımın bu il 2,6 %, gələn il isə 2,8 % səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 % artıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. TƏBİB: Qarlı hava səbəbindən təcili yardıma 17 nəfər müraciət edib, 14-ü xəstəxanaya yerləşdirilib
  2. Ağdamda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
  3. Zığda evdə yanğın olub, ölən var
  4. FHN əhalini Novruz çərşənbələrində yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
  5. Bərdədə kütləvi halda zəhərlənənlərin adı bəlli oldu - SİYAHI - YENİLƏNİB
  6. Paytaxta yenidən yağan qarın təmizlənməsi işləri davam edir
  7. Ağsuda "Land Rover" markalı minik avtomobili dərəyə aşıb
  8. Azərbaycanda qarlı hava fevralın 24-nə kimi davam edəcək
  9. Xəzərdə zəlzələ olub
  10. Zaqatalada qar örtüyünün hündürlüyü 70 santimetri keçib - FAKTİKİ HAVA - 21.02.2025
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib
Elm və təhsil naziri Abşeronda vətəndaşları qəbul edib
Elm və təhsil naziri Emin Əmrullayev Abşeron rayonunda vətəndaş qəbulu keçirib. "Report" xəbər verir ki, bu barədə Elm Ətraflı
İnsan beynində mikroplastik tapılıb
İnsan beynində mikroplastik tapılıb
Alimlər ilk dəfə insan beyninin toxumalarında mikroplastiklərin mövcudluğunu aşkar ediblər. Bu tapıntı plastikin insan Ətraflı
Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar