azadses.az » Manset » Peru mətbuatı Azərbaycanın zəngin mədəniyyətindən bəhs edib

Peru mətbuatı Azərbaycanın zəngin mədəniyyətindən bəhs edib

Perunun tanınmış və populyar onlayn jurnallarından olan “Lima Gris”də Azərbaycanın tarixi, mədəniyyət və incəsənətinə həsr olunmuş "Azərbaycanın zəngin mədəni həyatı" adlı məqalə dərc olunub.

“Report” xəbər verir ki, məqalədə Azərbaycanın qədim ənənələri barəsində geniş məlumat verilir, ölkənin arxeoloji və tarixi abidələri, o cümlədən Azıx mağarasındakı qədim insan məskənləri, Qobustan qayaüstü rəsmləri, Zərdüşt məbədi olan Atəşgah və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu kimi məkanların Azərbaycanın zəngin bir irsə sahib olduğunun nümunəsi kimi göstərilir.

Folklor sahəsində, Azərbaycanın qəhrəmanlıq və müdriklik kimi dəyərlərini ifadə edən nağıl və dastanları xüsusilə vurğulanır. "Oğuznamə", "Koroğlu dastanı" və "Kitabi-Dədə Qorqud" kimi əsərlər və aşıqların bu dastanları qorumaq üçün oynadıqları roldan danışılır, bayatıların Azərbaycan şifahi ədəbiyyatındakı özünəməxsus yeri haqqında məlumat verilir.

Məqalə müəllifi tərəfindən Azərbaycanın 4 000 illik musiqi ənənələrinə malik olduğu oxucuların diqqətinə çatdırılaraq, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında olan muğam və bu musiqinin Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən bəhs edilir, eləcə də ənənəvi Azərbaycan rəqsləri xüsusilə qeyd olunur.

Ədəbiyyat bölməsində Azərbaycan şifahi və yazılı ədəbiyyatının inkişafı təqdir edilir, Nizami Gəncəvi kimi böyük şairlərin, "Əli və Nino" romanı kimi əsərlərin dünya miqyasında tanındığı vurğulanır.

Məqalədə təsviri incəsənət və memarlıq sahəsində Azərbaycanın qədim petroqliflərindən, miniatür rəsm sənətindən və həm müasir, həm də ənənəvi memarlıq üslubundan bəhs edilir.

Azərbaycanın teatr və kino sahəsi haqqında da məlumatlar məqalədə yer alıb. Azərbaycan teatrının 19-cu əsrdə formalaşdığı və bu teatrın sovet dövründəki çətinliklərə baxmayaraq, həm o zaman, həm də bu gün inkişaf etdiyi qeyd olunur. Azərbaycan kinosunun tarixi, inkişafı və beynəlxalq uğurları vurğulanır.

Bununla yanaşı, Azərbaycanda çoxsaylı muzeyin mövcud olduğu və bunların arasında xalça muzeyi, tarix və incəsənət muzeyləri barəsində geniş məlumat məqalədə öz əksini tapıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Qubada avtomobil ağaca çırpılıb, ölən və yaralanan var
  2. Buzovnada ata və oğlu qonşularını bıçaqlayıb, ölən və yaralılar var - YENİLƏNİB
  3. Şağanda kişi qonşularını bıçaqlayıb, ölən və yaralılar var
  4. Salyanda avtomobil aşıb, bir ailənin 6 üzvü xəsarət alıb
  5. Suraxanıda 60 yaşlı qadını avtomobil vurub
  6. Ucarda 44 yaşlı kişi yol qəzasında yaralanıb
  7. Xətai rayonunda yük maşını aşıb, yaralanan var
  8. Suraxanıda avtomobillər toqquşub, 34 yaşlı kişi xəsarət alıb
  9. Bakıda yol qəzasında 1 yaşlı körpə xəsarət alıb
  10. Subunçuda avtomobil aşıb, xəsarət alan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Pedaqoji Universitetə YENİ TƏYİNAT
Pedaqoji Universitetə YENİ TƏYİNAT
Azərbaycan Dövlət Pedaqoji Universitetinə (ADPU) yeni mətbuat katibi təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Ətraflı
Bütün xəbərlər
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?