azadses.az » Manset » Makron: Fransa Olimpiya Oyunlarının açılışında əsl simasını göstərib

Makron: Fransa Olimpiya Oyunlarının açılışında əsl simasını göstərib

Fransa prezidenti Emmanuel Makron iyulun 26-da Parisdə keçirilən Olimpiya Oyunlarının açılış mərasimində ölkənin əsl üzünü göstərdiyini bildirib, sənətçilərə və mərasimin bədii rəhbəri Tomas Jolliyə qarşı hücumları pisləyib.

“Report” xəbər verir ki, müvafiq açıqlamanı Yelisey sarayının mətbuat xidməti yayıb.

Makron əlavə edib ki, Olimpiya Oyunlarının açılış mərasiminin bədii rəhbərinə, eləcə də onun səhnələşdirdiyi tamaşanın artistlərinə qarşı təhdidlər barədə xəbərlər onu “qəzəbləndirib və kədərləndirib”.

“Hamısına dəstəyimi bildirirəm. Sənətkarlara qarşı təhdidlərə heç nə haqq qazandırmır. Onun (Jolli - Qeyd) cəsarəti bir çox insana fayda gətirdi. Fransızlar Olimpiya Oyunlarının açılış mərasimi ilə fəxr edirlər, biz bununla fəxr edirik. Hesab edirəm k, Fransa özünün əsl üzünü göstərdi. O, cəsarətini nümayiş etdirərək bunu özünəməxsus bədii sərbəstliyi ilə ifadə edib”.

Bundan əvvəl Paris prokurorluğu Jolliyə qarşı təhdidlərə görə təhqiqat başlatmışdı. “RMC” radiosunun məlumatına görə, o, cinsi oriyentasiyası ilə bağlı sosial şəbəkələrdə alınan təhdidlərdən şikayət edib.

İyulun 26-da Parisdə keçirilən Oyunların açılış mərasimində Leonardo da Vinçinin “Sonuncu şam yeməyi” əsərinin təxribat xarakterli parodiyası nümayiş etdirilib. Tamaşanın müəyyən fraqmentləri sosial şəbəkələrdə geniş yayılıb və kəskin tənqid atəşinə tutulub.

Xüsusən də Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, Parisdə Olimpiya Oyunlarının açılış mərasimi Qərbin mədəniyyət və ictimai əxlaqla bağlı təsəvvürlərinin azlığını göstərib. ABŞ-nin texnologiya şirkəti “C Spire” bu qalmaqallı parodiyadan sonra Paris olimpiadasından öz reklamını geri götürmək qərarına gəlib. Bəzi katoliklər açılış mərasiminin bu hissəsini təhqiramiz hesab ediblər. Fransa Katolik Kilsəsi də “xristianlığın istehza və istehza səhnələrini ehtiva edən” mərasimi pisləyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdəki Yay Olimpiya Oyunlarının açılış mərasimində LGBT-nin təbliğ edilməsini pisləyib və bu məsələni Roma Papası Fransisk ilə müzakirə etmək niyyətində olduğunu bildirib.

Bundan başqa açılış mərasimini italiyalı siyasətçilər və parlamentarilər, milyarder İlon Mask və bir çox beynəlxalq media orqanları tənqid ediblər.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Talaçay çayından sel keçir
  2. Çaylarda sululuq artdı
  3. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  4. Şirvanda 6 aylıq körpə ölü doğulub
  5. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  6. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  7. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  8. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  9. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  10. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib