azadses.az » Manset » Qərbin növbəti qərəzi - "Netflix" Azərbaycana qarşı film çəkir

Qərbin növbəti qərəzi - "Netflix" Azərbaycana qarşı film çəkir

Qərbin müəyyən dairələrində anti-Azərbaycan ritorika səngimir. Bu çirkin təbliğat bütün əndazələri aşmaqdadır. Erməni lobbisinin təsiri altında olan dairələr rəsmi Bakının Cənubi Qafqazda yaratdığı reallıqlarla barışmayaraq ona qarşı hərtərəfli hücuma start veriblər. Ən acınacaqlı hal ondan ibarətdir ki, bu hücum bütün sahələri əhatə etməkdədir. Qərəzli, riyakar fəaliyyətlərinə özlərini müxalifət adlandıran yerli qüvvələri də qoşulublar. Hədyanlıq o həddə çatıb ki, Azərbaycanda özünü müxalifət kimi qələmə verən şəxsləri "ekspert" və "mütəxəssis" kimi qərəzli təbliğatlarına cəlb edirlər. Bəlli olub ki, Qərbin müxtəlif dairələri bu dəfə Azərbaycanın müasir dövr tarixi ilə bağlı qərəzlə dolu film ərsəyə gətirməyə hazırlaşırlar.

"Report"un araşdırma qrupunun əldə etdiyi eksklüziv məlumata görə, Böyük Britaniyada yaşayıb-yaradan yazıçı Devid Qreys tərəfindən "Cəzasız olan cinayət" beynəlxalq bədii layihə hazırlanır.

Bu layihədə Rusiya İmperiyasının, Sovet İttifaqının və Rusiya Federasiyasının postsovet məkanında yaşayan xalqlara qarşı törədilmiş cinayətlərinin "Netflix" video platformasında göstərilməsi nəzərdə tutulub. İlk baxışda burada qeyri-adi nəsə yoxdur. Adi bir tarixi filmdir. Lakin əldə etdiyimiz məlumata görə, filmdə sovet dövründə Azərbaycanda hakimiyyətdə olanlar, eləcə də, indiki hakimiyyət haqqında mənfi məlumatların verilməsi nəzərdə tutulur.

Layihəyə məsləhətçi kimi isə "Milli Şura" kimi tanınan qurumun sədri Cəmil Həsənli dəvət olunub. Azərbaycanla bağlı daha çox qərəzli mövqedən çıxış edən müxalifət funksioneri sözsüz ki, ortaya obyektiv mövqe qoya bilməz. Məgər həmin dövrlə bağlı digər bir mütəxəssis tapmaq çox çətin idimi? Hər halda Azərbaycan tarixinin həmin illərini araşdıran çoxsaylı ekspert və alimlər mövcuddur. Bu da Azərbaycana qarşı qərəzli yanaşmanın növbəti təzahürüdür.

Xatırladaq ki, layihənin gələn ilin aprel ayında "Netflix" platformasında nümayişi planlaşdırılır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib