azadses.az » Dünya » Meksika mətbuatında erməni nazir müavininin böhtanları ifşa edilib

Meksika mətbuatında erməni nazir müavininin böhtanları ifşa edilib

Meksikanın ən çox oxunan “El Universal” qəzetində Azərbaycanın həmin ölkədəki səfiri Məmməd Talıbovun müəllifi olduğu “Yalan ayaq tutar, yeriməz: Ermənistanın səmimi olmağının vaxtı çatıb” başlıqlı geniş məqalə dərc olunub.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalə adıkeçən nəşrdə bir neçə gün öncə yayımlanmış Ermənistan xarici işlər nazirinin müavininin yalan və qərəz dolu yazısına cavab olaraq qələmə alınıb. Məqalədə erməni yalanları növbəti dəfə açıq şəkildə ifşa olunur, ikiüzlülük və riyakarlıq xislətindən əl çəkməyən Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələrinə toxunulur və Ermənistan rəhbərliyi ölkəmizə qarşı ərazi iddialarından, qarayaxma kampaniyasından əl çəkməyə çağrılıb.

Bildirilib ki, Ermənistan beynəlxalq münasibətlərdə səmimiliyi və beynəlxalq hüquqa hörməti ilə tanınan Meksikanın xoşməramlılığından və qonaqpərvərliyindən dəfələrlə öz çirkin məqsədləri üçün sui-istifadə edib, heç bir həqiqətə əsaslanmayan və qərəzli yazının “Meksika-Ermənistan münasibətlərinin inkişaf perspektivləri” adı altında dərc elətdirilməsi məhz bu maraqlara xidmət edir.

Məqalədə Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətindən bu gün də əl çəkmədiyi, 10 noyabr 2020-ci il tarixli Bəyanata əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək 10 mindən çox hərbiçisini qanunsuz olaraq Azərbaycan ərazisində saxlamaqda və separatçı rejimi maliyyələşdirməkdə davam etdiyi, eləcə də Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılmasına mane olduğu vurğulanıb. Hətta Ermənistan baş nazirinin Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı onun tərkib hissəsi kimi tanıdığını bəyan etməsinə baxmayaraq, bunun danışıqlarda vaxt qazanmaq üçün istifadə edilmiş erməni hiyləsi olduğu ortaya çıxıb.

Həmçinin, Laçın yolu və “humanitar böhran”la bağlı erməni yalanlarına aydınlıq gətirilir, müharibədən sonrakı iki il ərzində Azərbaycanın xoş niyyət nümayiş etdirərək Laçın yolunda hər hansı nəzarət mexanizmi təsis etmədiyi halda, Ermənistan tərəfindən ərazilərimizə silah-sursat, hərbi qulluqçu və terrorçuların daşınması, o cümlədən təbii sərvətlərimizin talan edilməsi ilə bağlı aşkarlanmış çoxsaylı pozuntuların qarşısını almaq məqsədilə Laçın sərhəd-buraxılış məntəqəsinin yaradıldığı və heç bir məhdudiyyət olmadan fəaliyyət göstərdiyi qeyd olunub.

Guya “humanitar fəlakət” yaşayan ermənilərin Bakının Ağdam-Xankəndi yolu ilə göndərdiyi yardımı qəbul etməmələri vəziyyəti “aclıq” kartı ilə manipulyasiya etmək və siyasiləşdirmək məqsədi daşıyır. Tələsik hazırlanmış qərəzli və heç bir fakta əsaslanmayan “Okampo hesabatı”nın etibarlılığının isə beynəlxalq hüquqşünas Rodni Dikson tərəfindən əsaslı sübutlarla iflasa uğradıldığı və onun ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasının bir hissəsi olduğuna diqqət çəkilir.

Eyni zamanda qeyd olunub ki, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından deportasiya edilmiş yüz minlərlə Qərbi azərbaycanlının hüquqları bərpa edilməli və onlar dədə-baba yurdlarına qayıtmalıdırlar. Ermənistan baş nazirinin bu qayıdışı “milli təhlükəsizliyə təhdid” kimi görməsi növbəti ikiüzlülük nümunəsidir.

Vurğulanıb ki, Ermənistan xarici işlər nazirinin müavini və həmin ölkənin rəhbərliyi qonşu dövlətlərə qarşı ərazi iddialarına, qarayaxma kampaniyalarına və hərbi təxribatlara son qoyulmasının vacibliyini dərk etməlidir. Belə əməllər regionda uzun zaman gözlənilən sülhün və sabitliyin bərqərar olmasına maneə törədir. Separatçı rejim ləğv edilməklə Ermənistan silahlı qüvvələrinin qalıqları Azərbaycan ərazisindən çıxarılmalı, bütün kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi açılmalıdır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib