azadses.az » Manset » Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi

Həkim niyə payızda daha çox yatmaq istədiyimizi izah etdi

Payızda ruh düşkünlüyünə səbəb olan əsas amil D vitaminin yaranmasının azalmasıdır.

Bu barədə Rusiyalı həkim-endokrinoloq Svetlana Şokur danışıb.

“Payızda gündüz saatları qısalır və yağışlı havalar başlayır. Buludların arasından parlayan günəş çox vaxt D vitaminin yaranması üçün lazımi miqdarda günəş işığı vermir”, - deyə endokrinoloq izah edib.

Həkimin sözlərinə görə, payızda qanda melatoninin konsentrasiyası artır və buna görə də biz daha çox yatmaq istəyirik.

“Melatoninin yaranması üçün triptofan amin turşusu istifadə edilir. Triptofan həm də xoşbəxtlik hormonu kimi tanınan serotoninin yaranmasında iştirak edir. Beləliklə, triptofan ya serotonin, ya da melatonin yaranması üçün istifadə olunur. Nəticə etibarilə, payızda daha çox melatonin yaranırsa, deməli serotonin daha az olur. Bu səbəbdən əhvali-ruhiyyəmiz pisləşə bilər. Payızda tərkibində triptofan olan qidaları qəbul etmək vacibdir: hinduşka, pendir, çərəz (məsələn, qoz, fındıq, badam) və s. Payızda, həmçinin digər bir sevinc hormonu olan dofaminin səviyyəsinin aşağı düşməsi də mümkündür, buna görə də onun sintezini artıran qidalar qəbul edə bilərsiniz”, - deyə o qeyd edib.

S.Şokur vurğulayıb ki, yay aylarında orqanizmi gələcək il üçün vitaminlərlə zənginləşdirmək mümkün deyil: onlar orqanizmə daxil olur, öz funksiyalarını yerinə yetirir, sonra isə parçalanır və bədəndən xaric olurlar.
“Payızda daha çox stresli vəziyyətlər yarana bilər: işdə yükün artması, dərs ilinin başlanması və s. Sinir sistemini dəstəkləmək üçün maqnezium faydalı olacaq. Davamlı olaraq əhvali-ruhiyyənin aşağı olması, qıcolma, əzələlərin səyirməsi zamanı maqnezium çatışmazlığından şübhələnmək olar. Həmçinin payız dövründə xroniki və yoluxucu virus xəstəliklərin kəskinləşməsi mümkündür. Belə bir vaxtda qida rasionunuza vitaminlər - antioksidantlar əlavə etmək vacibdir. Onlardan ən məşhuru sitrus meyvələri, kələm turşusu, bibər, qarağat və digər qidaların tərkibində olan C vitaminidir. Digər bir antioksidant E vitaminidir ki, onu bitki yağlarından, qoz-fındıqdan, qaraciyərdən almaq olar”, - deyə mütəxəssis əlavə edib.

Həkim vitamin və bioloji aktiv qida əlavələrini nəzarətsiz qəbul etməməyi məsləhət görüb. Müxtəlif maddələr bir-birinin təsirini gücləndirə və ya zəiflədə bilər, əlavə təsir riskini artırır. Bu səbəbdən sağlamlığa ziyan dəyə və allergik reaksiya yarana bilər.

“Qəhvə və alkoqoldan sui-istifadə, bədəni əlavə olaraq yükləyən və orqanizmi tədricən tükəndirən enerji içkilərinin də olduğu kimi orqanizmə fayda verməyəcək. Zamanla "süni" gumrahlıq həddindən artıq yorğunluqla əvəz oluna bilər. Əgər söhbət şirniyyatdan gedirsə, təbii ki, şəkəri yüksək olan qidalar insanı gumrahlaşdırır. Qlükoza hazır yanacaqdır, belə qidalanma rejimi zamanı metabolik sindrom, damar xəstəlikləri və endokrin patologiyalar, o cümlədən ikinci tip şəkərli diabet inkişaf edə bilər”, - deyə Svetlana Şokur söhbətini yekunlaşdırıb.

Mənbə: Gazeta.ru
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu