azadses.az » Manset » Hindistan düyü ixracını məhdudlaşdırır - Azərbaycanda bu məhsul bahalaşacaqmı?

Hindistan düyü ixracını məhdudlaşdırır - Azərbaycanda bu məhsul bahalaşacaqmı?

Bu günlərdə Hindistan hökuməti ərzaq təhlükəsizliyini təmin etmək üçün ölkədən düyü ixracına məhdudiyyətlər qoyub, tədarükün təxminən 1/3-ni təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib.

Bundan əvvəl - ötən ay isə rəsmi Dehli "Basmati" növü istisna olmaqla, ölkədən ağ düyünün ixracına qadağa qoymuşdu.

Bəs bu qərarlar Hindistan düyüsünün idxalçılarından biri olan Azərbaycanda bahalaşmaya səbəb ola bilərmi?

Rəsmi statistikaya əsasən, Azərbaycan ötən il 42,55 milyon ABŞ dolları dəyərində 50 min 236 ton düyü idxal edib ki, bunun 34,4 milyon ABŞ dolları dəyərində 37 min 586 tonluq hissəsini, yəni 74,8 %-i Hindistandan alıb. Bu ilin I yarısında isə Azərbaycanın düyü idxalının 87,8 %-i Hindistanın payına düşüb. 6 ay ərzində ölkəyə 32,5 milyon ABŞ dolları dəyərində 36,43 min ton, o cümlədən Hindistandan 28,85 milyon ABŞ dolları dəyərində 32 min ton düyü gətirilib.

"Report"a açıqlama verən "Azərbaycan Çəltik İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Rövşən Əliyev hesab edir ki, gələn ilin yazına qədər ölkədə düyünün qiymətində ciddi artım olmayacaq: "Yerli düyünün bazara çıxması ilə qiymət artımının qarşısını nisbətən ala biləcəyik. Artıq çəltik yığımına başlamışıq və oktyabrın sonuna qədər proses bitəcək. Bundan sonra həm köhnə, həm də təzə yığılan məhsulların emalına başlanılacaq və onlar bazara çıxarılacaq. Azərbaycanın illik çəltik istehsalı təqribən 14-15 min tondur. Bu rəqəmi 15-20 min tona çatdırsaq, düyünün qiymətinin tənzimlənməsinə kömək edəcək. Bu il bir az çətinliklər oldu. Gübrənin qiymətinin artması istehsala mənfi təsir etdi. Amma istehsalçılarımızın sayı artıb. Bu, bizə daha artıq məhsul əldə etməyə imkan verir".

Onun sözlərinə görə, hazırda Azərbaycanın düyüyə olan illik tələbatı 45-50 min tondur: "Bunun təxminən 15 %-ni daxili imkanlar hesabına təmin edə bilirik. Bu, çəltikçiliyə dövlət dəstəyi sayəsində mümkündür. Əhalinin bu sahəyə maraq artıb. Artıq çəltiyin emal sənayesini qurmaqla məşğuluq. Ölkəmizdə təqribən 4-4,5 min hektar ərazidə çəltik əkilir. Bu, azdır və artırmalıyıq. Çəltikçiliyin inkişafı üçün torpaq-iqlim potensialımız var. Lənkəran-Astara, Biləsuvar, Salyan, İmişli, Şəki-Zaqatala, Ağdaş kimi bölgələrimizdə çəltikçilik üçün imkanlar var. Çəltik sahələrinin bir hektarına görə fermerlərə dövlət 360 manat subsidiya verir. Amma gübrə qiymətinin artması ilə əlaqədar Assosiasiya olaraq dövlət qarşısında məsələ qaldırmışıq ki, bizə istehsal xərclərimizin 30-40 %-i qarşılığında subsidiya verilsin. Suvarma sistemi və texnika təminatı yaxşılaşsa, yaxın gələcəkdə tələbatımızın 50 %-ni yerli istehsal hesabına təmin edə bilərik”.

“Azərbaycanda qanunla kənd təsərrüfatı məhsullarının istehsalı ƏDV-dən azad edilsə də, nədənsə bu çəltikçiliyə və düyü istehsalına şamil edilmir”, - deyə R.Əliyev əlavə edib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Lənkəranın 14 kəndində işıq olmayacaq
  2. Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
  3. Bakıda qadın evdə ölü tapılıb
  4. Bakıda avtomobil qadını vuraraq öldürüb
  5. Xəzər dənizində zəlzələ olub
  6. Ötən gün ölkədə 41 kiloqramdan artıq narkotik aşkarlanıb
  7. Saatlıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən iki nəfər həbs edilib
  8. Qaradağda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub
  9. Qubada küçə itləri 3 nəfərə xəsarət yetirib
  10. Türkiyədə sobanı qızdırmağa çalışan işçi bədbəxt hadisə ilə üzləşib
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Bu gün DİM-də TOEFL iBT imtahanı keçiriləcək
Dekabrın 14-də Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, Ətraflı
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
Londonda Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. “Report”un Ətraflı
Bütün xəbərlər
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar