azadses.az » Manset » "Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır" - RƏY

"Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı böyük humanizm aktıdır" - RƏY

“Prezident İlham Əliyevin bu gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı böyük humanizm aktıdır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğunu vurğulayaraq və növbəti dəfə humanizm dəyərlərini rəhbər tutaraq əfv sərəncamı imzalamaqla 800-dən artıq vətəndaşa ikinci şans verib, yüzlərlə ailəyə bu əlamətdar gündə sevinc bəxş etdi:

“Bildiyiniz kimi, cinayət qanunvericiliyinə əsasən, əfvetmə Prezident tərəfindən həyata keçirilir və bu aktla məhkum olunmuş şəxs ya cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə, habelə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv Sərəncamı ilə 800-dən artıq şəxsə ikinci şans - ikinci həyat bəxş etdi. Dövlət başçısının bugünkü hüquqi aktı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 463 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilir, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldır, habelə bu cəzaya şərti olaraq məhkum edilmiş 2 şəxs, bu cəza üzrə cəzasının çəkilməsi təxirə salınmış 3 şəxs cəzadan azad edilir”.

“Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 şəxs cəzanın çəkilməmiş hissəsindən azad edilir, 5 şəxsin isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azadılır. İslah işləri cəzasına məhkum edilmiş 2 şəxs cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 88 şəxs cəzadan azad edilir”-, o qeyd edib.
Əfvetmənin sadə bir mexanizm olmadığını bildirən deputat əlavə edib ki, bu proses təhlillərə əsaslanır və hər dəfə mümkün qədər daha çox insanı əhatələməsinə çalışılır:

“Eyni zamanda cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməsi amilini unutmamalıyıq. Məhkəmə qaydasında cəzaya məhkum edilmiş şəxslər bir qayda olaraq o halda əfv edilir ki, onun barəsində təyin edilmiş cəza tədbiri ilə məqsədə nail olunub. Yəni şəxs artıq islah edilib və cəmiyyət üçün daha təhlükəli deyil və onun cəzasının bütövlükdə çəkilməsinə ehtiyac yoxdur. Son əfvetmə aktına qədərki araşdırmaların nəticələri də məhz bu sayda insanın müvafiq kriteriyaya cavab verdiyini ortaya çıxarıb. Azərbaycan dövləti bir nəfər də olsun vətəndaşın cəzaya məruz qalmasını arzu etmir, amma cəmiyyətin təhlükəsizliyi və ictimai qaydanın təmin edilməsi çox vacibdir”.
“Bir sözlə, cənab Prezidentin bu gün imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında" Sərəncamı böyük humanizm aktıdır və kimlərinsə özfəaliyyət xarakterli şərhləri bu hüquqi aktın mahiyyətinə xələl gətirə bilməz” - B. Məhərrəmov vurğulayıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  2. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  3. Azərbaycanda zəlzələ olub
  4. Bakıda kitabxana yanıb
  5. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  6. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  7. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  8. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  9. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  10. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib