azadses.az » Siyasət » SON DƏQİQƏ! Əfv olacaq - SİYAHI PREZİDENTDƏDİR

SON DƏQİQƏ! Əfv olacaq - SİYAHI PREZİDENTDƏDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 sentyabr tarixli sərəncamı ilə təsdiqlənən Əfv Komissiyasının yeni tərkibinə daxil edilən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc göstərilən etimada görə dövlət rəhbərinə təşəkkür edib.
''Azad Səs'' Oxu24.com-a istinadən xəbər verir ki, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc APA-ya bildirib ki, ölkəmizdə formalaşan bu institut cəmiyyətdə böyük etimada malikdir.
“Azərbaycanda daxili hərbi-silahlı qüvvələrin tərksilah edilməsindən sonra Heydər Əliyev 1996-cı ildə sabitliyin və təhlükəsizliyin geridönməz xarakterini nəzərə alıb cəmiyyətlə humanizm, barış və dialoqun əsasında dayanan, müxtəlif hakimiyyət təmsilçilərindən təşkil olunmaqla demokratik və bərabər hüquqla fəaliyyət göstərən, hüquqi sistemi təkmiləşdirməyə xidmət edən, ən başlıcası, dövlətin ədalətinə güvənc yaradan bir qurumu təsis etdi.
Prezident İlham Əliyev də son dərəcə mürəkkəb regional və beynəlxalq şəraitdə şəraitdə millətinə rəhbərlik edərkən bir tərəfdən strateji iqtisadi-siyasi qərarlarla sabitliyi və əmin-amanlığı təmin etdi, digər yandan həmrəyliyi, birliyi möhkəmləndirən konkret tədbirlər həyata keçirdi. 4 amnistiya aktı, 33 əfv qərarı sübut etdi ki, prezident ölkəmizdə cinayət və cəza siyasətinə münasibətdə qanunçuluğu ön yerə qoymaqla yanaşı, ictimai münasibətlərin qarşılıqlı inama, etimada söykənməsinə çalışır, hər bir vətəndaşa xüsusi diqqət göstərir. Son illər məhkəmə sistemində aparılan islahatlar və prosesin qarşıdakı aylarda davam etdirilməsinə inam, eləcə də hüquq sistemində dekriminallaşdırma və cinayət qanunvericiliyində köklü dəyişikliklərin aparılması bir tərəfdən cəmiyyətdə gedən yeniləşmənin nəticəsidirsə, digər tərəfdən müasir Qərb dövlətlərində olduğu kimi azadlıqdan məhrumetmə qərarlarının müxtəlif alternativ sanksiyalarla əvəz edilməsindən irəli gəlir”, - deyə o bildirib.
Xatırladaq ki, 2019-cu ildə beynəlxalq təşkilatların, eləcə də daxildə müxtəlif siyasi və ictimai qurumların yüksək qiymətləndirdiyi məlum humanist aktın qəbul olunması ölkəmizdə gedən islahatlar və yeniləşmə kursunun tərkib hissəsi kimi qiymətləndirilmişdi, eləcə də bu sahədə dövlət, partiyalar, ictimai institutlar və cəmiyyət arasında konsensusun tapılmasının mümkünlüyü özünü göstərmişdi”.
Millət vəkili deyib ki, indi Komissiyanın yeni tərkibinin formalaşması onu deməyə əsas verir ki, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin tapşırığı ilə mart və may aylarında müvafiq olaraq hazırlıq görülmüş əfv qərarına dair işlərin araşdırılmaları Katiblikdə müvafiq prosedurlar əsasında başa çatacaq və Komissiyanın müzakirəsinə çıxarılacaq: “Qeyd etməliyik ki, pandemiya dövründə dövlətin humanist qərarları ölkə başçısının göstərişi ilə birbaşa penitensiar sistem və məhkəmə orqanlarının əli ilə həyata keçirildi və ümumilikdə 400-dən artıq şəxsə şamil olundu. İndi Komissiya razılaşdırılmış işlərə dair müvafiq siyahıları müəyyən vaxt çərçivəsində dövlət başçımıza və hörmətli Mehriban xanıma təqdim edəcəkdir.
Əlbəttə, hər zaman olduğu kimi cənab prezidentin veriləcək qərarların əhatə dairəsi və prinsiplərinə dair göstərişi hər bir Komissiya üzvü üçün xüsusi önəm daşıyır. Ona görə də Əfv sərəncamı üçün bütün hazırlıqlar görülməkdədir”.
Məlumat üçün bildirək ki, ölkə rəhbərinin humanist addımları nəticəsində son 16 ildə 8 minədək məhbus əfv edilib.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu