azadses.az » Manset » Ayaz Mütəllibov kövrəldi - "Onun yoxluğunu heç nə əvəz etmir"

Ayaz Mütəllibov kövrəldi - "Onun yoxluğunu heç nə əvəz etmir"

Bu gün Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovun doğum günüdür. Keçmiş prezidentin 82 yaşı tamam olur.
Ayaz Mütəllibov budəfəki doğum gününü ilk dəfə tənha keçirməsindən kövrələrək danışıb:
“Birinci dəfədir ki, həyat yoldaşım yanımda deyil. Həyatın ləzzəti itib. Hər doğum günümdə həyat yoldaşım yanımda olurdu. Bu dəfə isə o yoxdur. Ona görə də doğum günümdə həyat yoldaşımı gedib məzarı başında ziyarət edəcəm. Onunla dərdləşəcəm. Onun yoxluğunu heç nə əvəz etmir. Nə övlad, nə də nəvələr… Hələ də onun siması gözümün qarşısındadır”.
Eks-prezident səhhətində yaranan problemdən də söz açıb:
“Son vaxtlar tez-tez səhhətimdə nasazlığım olur. Həkim müayinəsində də oluram. Səhhətimdəki narahatlıqlar əsəb sistemimlə bağlıdır”.
Ayaz Mütəllibov nə ölkədə, nə də dünyada gedən prosesləri əvvəlki kimi izləyir:
“Artıq yorulmuşam”.
Eks-prezident doğum gününü təbrik etmək üçün səhərdən zəng edənlərə təşəkkürünü də bildirib.
Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938–ci ildə Bakıda ziyalı ailəsində anadan olub. 1962–ci ildə Azərbaycan Neft-Kimya İnstitutunu bitirib.
1959-cu ildə Bakı Soyuducular Zavoduna işə girib və 19 il burada çalışıb. Adi işçi kimi fəaliyyətə başlayan Mütəllibov 26 yaşında ikən bu iri müəssisənin müdiri vəzifəsinə təyin olunub.
1974-cü ildə isə “Bakelektromaş” istehsalat birliyinin müdiri təyin olunub. 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilib. 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunub. 1982-ci ildə Azərbaycan SSR-in Dövlət Plan Komitəsinin sədri, eyni zamanda Nazirlər Şurasının sədr müavini vəzifələrini tutub.
1988-ci ildən Nazirlər Sovetinin sədri olub. 1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990–cı ilin may ayında Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan prezidenti seçilib.
1990–cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub.
1991–ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı qətliamından sonra Ali Sovetin növbədənkənar sessiyası Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə 1992-ci il martın 6-da o, istefa verib.
Həmin ilin mayında faciənin səbəblərini araşdıran komissiya Ayaz Mütəllibovun günahını təsdiq edən faktlar aşkar etmədiyindən Ali Sovet öz qərarını ləğv edir və onu mayın 14-də vəzifəsinə qaytarıb. Lakin müxalifdə olan Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edib. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayıb.
Daha sonra Azərbaycanda sabiq prezidentə cinayət işləri qaldırılıb. Baş Prokurorluq Ayaz Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə ittiham edib.
Uzun müddətli mühacir həyatından sonra A.Mütəllibova 2011-ci il avqustun 8-də 49 yaşlı oğlu Azad Mütəllibovun vəfatı ilə əlaqədar Bakıya gəlməsinə icazə verilir. Oğlunun qırxı çıxandan sonra, sentyabrın 18-də o, Rusiyaya qayıdıb.
Moskvada 20 illik mühacirət həyatı yaşayan sabiq prezident Ayaz Mütəllibovun Azərbaycana həmişəlik qayıtması nəhayət eks-prezidentlər haqqında qanun qəbul olunandan sonra gerçəkləşib.
2012-ci il iyulun 7-də xanımıyla birgə Moskvadan həmişəlik Bakıya qayıdan keçmiş prezidenti Binə aeroportunda qardaşı Əşrəf Mütəllibov, oğlu Zaur Mütəllibov, gəlinləri, nəvələri, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Mütəllibovun hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində çalışmış bəzi şəxslər, bir sıra tərəfdarları qarşılayıblar.
Ayaz Mütəllibov əvvəlcə Bilgəhdəki bağ evində yaşayıb. Daha sonra ona şəhərin mərkəzində mənzil verilib və Mütəllibov ora köçüb. Ayaz Mütəllibov hazırda memuralarından ibarət kitab üzrəndə işləyir. Bu, onun ilk kitabı deyil. Azərbaycanın keçmiş prezidentinin bundan öncə də bir neçə kitabı işıq üzü görüb. A.Mütəllibov həmçinin 1992-ci ildə qələmə aldığı “İstefamın tarixi”, 1994-cü ilə nəşr olunan “Qarabağ – qara bağ”  (“Karabax – Corniy sad” ) adlı kitabların müəllifidir.
A.Mütəllibov bir müddət Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri olub.
2012-ci il iyunun 30-da partiyanın Bakıda keçirilən qurultayına təbrik məktubu göndərən Ayaz Mütəllibov həmsədr vəzifəsindən və siyasətdən getdiyini bəyan edib.
2019-cu ilin iyulunda Ayaz Mütəllibovun xanımı Ədilə Mütəllibova 81 yaşında dünyasını dəyişib./modern.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib