azadses.az » Manset » Xəzərin səviyyəsinin enəcəyi proqnozlarına azərbaycanlı alimdən REAKSİYA

Xəzərin səviyyəsinin enəcəyi proqnozlarına azərbaycanlı alimdən REAKSİYA

Son vaxtlar Xəzər dənizi səviyyəsinin bir neçə onilliklərdən sonra kəskin şəkildə aşağı enəcəyi, Bakının hətta əsrin sonunadək artıq liman şəhəri olmayacağı haqda fikirlər mətbuatda geniş yer alır.
Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov səsləndirilən fikirlərə aydınlıq gətirib.
Onun sözlərinə görə, Xəzər dənizi dünyanın ən iri qapalı su hövzəsidir:
“Dünya okeanı ilə birbaşa əlaqəsi olmadığı üçün, onun səviyyəsi daim tərəddüdlərə məruz qalır. Bu tərəddüdlər qısa və uzunmüddətli ola bilir. Qısamüddətli səviyyə dəyişmələrinə qabarma və çəkilmə hadisələri səbəb ola bilər ki, bu da ayın qravitasiya sahəsi ilə əlaqədardır.
Bundan başqa bir neçə gün ərzində eyni istiqamətdən əsən aramsız güclü küləklər də dənizin bir hissəsində səviyyənin qalxmasına, əks tərəfdə isə aşağı düşməsinə səbəb ola bilər. Beləliklə, qısamüddətli səviyyə dəyişmələrində dənizin ümumi su kütləsi dəyişmir, müəyyən bir ərazidə səviyyənin artması digər ərazidə azalması ilə müşayiət olunur.
Uzunmüddətli səviyyə tərəddüdləri dənizin su balansının dəyişməsi ilə əlaqədardır ki, bu da ümumi su kütləsinin artıb-azalması ilə müşayiət olunur”.
O bildirib ki, son minillikdə Xəzərin ən aşağı səviyyəsi X əsrə təsadüf edir ki, bu da okean səviyyəsində 35 metr aşağı olub:
“Ən yuxarı səviyyə isə XIV və XVIII əsrlərdə qeydə alınıb ki, bu da okean səviyyəsindən 22 m aşağı olub. Sonrakı yüzilliklərdə dənizin səviyyəsi ümumən artmağa doğru getsə də əsrlik səviyyə tərəddüdlərinin amplitudu 2-4 m diapazonunda dəyişib. Beləliklə, bütün əsrlərdə Xəzər dənizi səviyyəsinin enmə və qalxma dövrləri mövcud olub. Daha doğrusu, Xəzərin səviyyəsi    özünəməxsus uzunmüddətli dəyişmə perioduna malikdir.
Xəzərin səviyyə dəyişmələrindəki bu periodiklik çox güman ki, onun təbii  tənzimləmə xüsusiyyəti ilə əlaqədardır. Yəni səviyyə qalxanda dənizin  sahəsi də  artdığından onun səthindən buxarlanma da artır ki, bu da müəyyən dövrdən sonra səviyyənin tədricən aşağı düşməsinə səbəb olur. Səviyyə nəzərəçarpacaq dərəcədə aşağı düşdükdə isə dənizin sahəsi azaldığından buxarlanma da azalır ki, bu da son nəticədə səviyyənin qalxmasına gətirir.
XX əsrdə dənizin səviyyə dəyişmələri iki dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədər olan müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək, son 400 ilin mütləq minimumuna (-29 m) çatsa da, 1977-ci ildən başlayaraq kəskin qalxmağa başlamış və 1995-ci ilə qədər bu artım 2,5 m təşkil etmişdir. Sonrakı dövrdə dənizin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, hər halda nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir”. 
“Kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyədək bu problem özünün lazımi həllini tapa bilməyib. Bununla belə, son illərdə, xüsusilə də bir çox qərb ölkələrində, Xəzərin səviyyəsinin bundan sonra daha da kəskin enəcəyi barədə bədbin proqnozlar verilməkdədir.
2017-ci ildə Amerikanın Geophysical Research Letters jurnalında dərc olunmuş məqalədə yaxın 75 il ərzində Xəzərin səviyyəsininnin 5-6 metr enəcəyi və Şimali Xəzərin tamamilə quruyacağı proqnozlaşdırılır. Lakin bu yaxınlarda alman və holland alimlərinin Nature Communications Earth & Environment jurnalında dərc olunmuş məqalədə verdikləri proqnoz isə daha qorxuludur. Belə ki, onlar müxtəlif ssenarilərə əsasən əsrin sonunadək Xəzərin  səviyyəsinin 9-18 metr aşağı düşəcəyini proqnozlaşdırırlar. Əgər bu proqnozlar özünü doğruldarsa, Xəzər regionunun ekoloji, iqtisadi və siyasi stabilliyində böyük problemlər yarana bilər”.
Amerika və Avropa alimlərinin verdiyi proqnozlar nə dərəcədə inandırıcıdır? 
Şöbə müdiri əlavə edib ki, qısamüddətli proqnozlardan fərqli olaraq, uzunmüddətli proqnozların özünüdoğrultma faizi çox aşağıdır:
“Bu həm meteoroloji, həm də onlara əsaslanan hidroloji proqnozlara aiddir. Qeyd edilən proqnoz modellərində dənizin hazırki illik səviyyə dəyişmələri, dəniz suyu temperaturunun artması nəticəsində buxarlanmanın intensivləşməsi, yağıntıların və çay axımlarının azalması tendensiyası əsas götürülür. Lakin Xəzərin səviyyə dəyişmələrinin yuxarıda qeyd edilən uzunmüddətli və böyük amplitudlu periodikliyini nəzərə alsaq, yaxın gələcəkdə vəziyyətin tam  əksinə dəyişəyini ehtimal edə bilərik.  
Keçən əsrin 70-ci illərində Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməkdə davam etməsi və alimlər tərəfindən verilən bədbin proqnozlar səbəbindən keçmiş Sovetlər İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqamətini dəyişməklə Volqa çayı vasitəsilə Xəzər dənizinə yönəldilməsi layihələri işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə  bu layihələr öz aktuallığını itirdi. Təsəvvür edin ki, əgər qeyd edilən layihələr həyata keçirilsəydi, onda 1995-ci ilə qədərki səviyyə artımı 2,5 m-dən xeyli artıq  olardı ki, bu da daha arzuolunmaz nəticələrə gətirib çixarardı.
Söz yox ki, qlobal istiləşmə, onunla əlaqədar müasir iqlim dəyişmələri və çay axımlarına antropogen müdaxilələr (təsərrüfat məqsədləri ilə əlaqədar) Xəzərin səviyyəsinə mənfi təsir göstərir. Lakin bu təsirlər dənizin  səviyyəsinin yüzilliklərdən  bəri müşahidə olunan periodik dəyişmə xarakterini kəskin şəkildə dəyişə bilməz.   
Xəzər dənizində səviyyə dəyişmələri indiyədək həmişə mövcud olub və bundan sonra da olacaq, lakin səviyyəsinin əsrin sonunadək monoton azalmaqla 9-18 m aşağı düşməsi  haqqında verilən proqnozlar ağlabatan deyildir”.Oxu.az
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Füzulidə yol qəzasında qadın sürücünün beli sınıb
  2. Bakıda 68 yaşlı qadını avtomobil vurub
  3. Bakıda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var
  4. Qaziantepdə ağır yol qəzasında 2 nəfər ölüb, 8 nəfər yaralanıb
  5. Bakıda yol qəzasında 6 və 8 yaşlı qardaşlar xəsarət alıblar
  6. Bakıda 41 yaşlı qadın yol qəzasında xəsarət alıb
  7. Tanzaniyada ağır yol qəzasında 4 nəfər ölüb, 16 nəfər yaralanıb
  8. Bakıda yolu keçən 33 yaşlı kişini avtomobil vurub
  9. Bakıda 28 yaşlı gənc yol-nəqliyyat hadisəsində xəsarət alıb
  10. Gəncədə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
DİM bu gün 500-dək şagird üçün əlavə imtahan keçirir
Sentyabrın 8-də Dövlət İmtahan Mərkəzi (DİM) 2024-cü ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə Ətraflı
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
Haaqanın mərkəzi meydanında 12-ci “Səfirliklər Festivalı” keçirilib. Festivalda Azərbaycan da daxil olmaqla 50 ölkə iştirak Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu