azadses.az » Siyasət » Ramiz Mehdiyev hansı partiyanın lideri elan edilir?

Ramiz Mehdiyev hansı partiyanın lideri elan edilir?

''Azad Səs'' Pravda-az-a istinadən xəbər verir ki, Prezident Adminstrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev bir sıra deputatları, politoloqları, jurnalistləri “qara siyahısı”na daxil edib. Akademikin məlum toy hadisəsindən indiyə qədər yazdığı bəyanatlardan bu, açıq-aydın görünür. Maraqlıdır ki, Ramiz Mehdiyev ənənəvi müxalifət partiyalarının rəhbərlərinə qarşı eyni sərt münasibəti göstərmir. Əksinə, o, partiyaların ünvanına yazılarının birində müsbət fikirlər ifadə edib. Bəzi siyasi analitiklər hesab edir ki, sabiq Administrasiya rəhbərinin gələcəkdə müxalifətin dəstəyini qazanmaq, özü ilə bağlı situasiya daha da ağırlaşacağı variantında müxalifətə sığınmaq ehtimalını nəzərə aldığı sezilir. Görünən odur ki, akademik müxalifətlə münasibətlərini indiki həssas vaxtda pisləşdirmək istəmir. Bəs, Ramiz Mehdiyev müxalifətə sığınmaq istəsə, ona cavab necə olar? Müxalifət ona qucaq açarmı? ALDP sədri Fuad Əliyev “Yeni Müsavat”a bildirdi ki, bütün müxalifətin adından danışması düzgün olmaz, ola bilər hansısa partiyalar ona qucaq açarlar. Ancaq ALDP-də Ramiz Mehdiyevin heç adi üzv kimi yeri yoxdur: “Bizim partiya heç zaman ona qucaq açmaz. Amma ola bilər ki, vaxtilə himayə etdiyi müxalifət partiyalarının biri onu partiyanın lideri elan etsin. Onun imkanlarından yararlanmaq istəyənlər olacaq. Təəssüf ki, bəzi müxalifət partiyaları iqtidardan qovulan korrupsioner məmurlara dəstək verirlər. Yenə də belə addımlar atanların olacağı istisna deyil. Hətta hansısa partiya Ramiz Mehdiyevi prezidentliyə vahid namizəd də elan edə bilər. Lakin hesab edirəm ki, Ramiz Mehdiyev kimilərinin bütün müxalifətin vahid namizədi olması, ümumiyyətlə, mümkün deyil. ALDP dövlət və milli maraqları həmişə üstün tutub. ALDP heç vaxt belə insanlara dəstək verməyəcək”.
 
Bəs, Ramiz Mehdiyev klanından və kadrlarından iqtidarı təmizləmək nə qədər vaxt alacaq? Bu gün bütün gücü ilə iqtidara qarşı olan akademik bu kadrları vasitəsilə hakimiyyətə təsir edə bilərmi?
 
Fuad Əliyev qeyd etdi ki, Ramiz Mehdiyevi artıq böyük güc sahibi saymaq yanlışdır: “Çünki Ramiz Mehdiyev hal-hazırda elə güc sahibi deyil ki, hakimiyyətə əsaslı təsir edə bilsin. İqtidarda əgər qəti istək olarsa, qısa bir zamanda Ramiz Mehdiyevin klanını hakimiyyətdən tamamilə təcrid etmək olar. Prinsipial mövqe tutub, qətiyyətli addımlar atmaqdan çox şey asılıdır".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib