azadses.az » Manset » Sosial xidmət sistemində yeni modelə keçid işləri aparılır

Sosial xidmət sistemində yeni modelə keçid işləri aparılır

"Sosial xidmət sistemində tibbi modeldən sosial reabilitasiya modelinə keçid işləri aparılır".
''Azad Səs'' xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin nümayəndə heyəti ilə görüşündə deyib.
Nazir Azərbaycanda sosial xidmətlər sisteminin qabaqcıl dünya təcrübəsi əsasında inkişaf etdirilməsi, çətin həyat şəraitində yaşayan şəxslərin sosial xidmətlərlə dolğun əhatə olunması üçün aparılan işləri qeyd edib. Həmin şəxslərin bu xidmətlərə əlçatanlığının artırılmasının, sosial xidmət sahəsində müasir yanaşmaların tətbiqinin, ixtisaslı kadr potensialı formalaşdırılmasının əsas hədəflərdən olduğunu diqqətə çatdırıb.
Bildirib ki, ölkəmizdə çətin həyat şəraitində yaşayan şəxslər üçün çoxspektrli sosial xidmətlər sistemi qurulub. Bu sistem müvafiq kateqoriyalardan olan şəxslərin müdafiəsinə, sosial reabilitasiyasına və cəmiyyətə inteqrasiya imkanlarına malik olmalarına yönəlib. Əsas məqsəd sosial xidmətlə əhatə olunan insanların həyatlarında olan çətinlikləri bu xidmətlər nəticəsində aradan qaldırmaq, onların rifahında ciddi müsbət dönüşə nail olmaqdır.
S.Babayev son illərdə yeni yaradılan sosial xidmət müəssisələri, sosial sifarişlər əsasında minlərlə şəxsin reabilitasiya yönümlü sosial xidmətlərlə əhatə olunduğu, bu sahədə layihələrin ildən-ilə genişləndiyi barədə məlumat verib.
Sosial xidmət müəssisələrində 1000-dək vətəndaşın tam dövlət təminatında olduğunu qeyd edən nazir həmin vətəndaşlara həssas və qayğıkeş münasibət göstərilməsinin fəaliyyətdə əsas prinsip olduğunu diqqətə çatdırıb. Onların pandemiyadan qorunması üçün aparılan işləri, pandemiya dövründə 15 mindən çox 65 yaşdan yuxarı tənha və əlilliyi olan şəxsə evlərində gündəlik sosial xidmətlər göstərildiyini deyib. Sosial xidmət müəssisələrində müasir yaşayış və reabilitasiya şəraitinin yaradıldığını, yaxın günlərdə daha bir sosial xidmət müəssisənin də əsaslı təmir və yenidənqurmadan sonra açılacağını deyib.
İşgəncələrin və qeyri-insani yaxud ləyaqəti alçaldan rəftar və ya cəza növlərinin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri və nümayəndə heyətinin rəhbəri Mikola Qnatovskiy Azərbaycanda sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraut yaradılmasının, ölkədə bu sahənin inkişafı üçün aparılan işlərin təqdirəlayiq olduğunu bildirib.
Görüşdə vətəndaşların keyfiyyətli sosial xidmətlərlə təmin edilməsi sahəsində Nazirlik tərəfindən görülən işlər, nümayəndə heyətinin ölkəmizə səfərinin, 1 saylı Psixonevroloji Sosial Xidmət müəssisəsində apardığı monitorinqin nəticələri, sosial xidmət müəssisələrində göstərilən xidmətlərlə bağlı fikir mübadilələri aparılıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu