azadses.az » Siyasət » Sahil Babayev yapon səfirlə videoformatda görüşdü

Sahil Babayev yapon səfirlə videoformatda görüşdü

“BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələrə məhəl qoymadan 30 ilə yaxındır ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir. Sentyabrın 27-dən başlayaraq da hərbi birləşmələrimizin mövqeləri və yaşayış ərazilərimiz Ermənistan tərəfindən ağır artilleriya atəşlərinə məruz qalıb. Azərbaycan Ordusu düşmənə qarşı uğurlu əks-hücum əməliyyatları həyata keçirərək, işğal olunmuş torpaqlarımızın artıq bir hissəsini işğaldan azad edib”.
''Azad Səs'' “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi ilə videoformatda görüşündə bildirib.  Nazir vurğulayıb ki, Ermənistanın bu günlərdə törətdiyi növbəti terror, yaşayış ərazilərimizi atəşə tutması nəticəsində Azərbaycan tərəfindən 30 mülki şəxs həlak olub, 143 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 66 mülki obyekt və 427 fərdi yaşayış evi yararsız vəziyyətə düşüb. Azərbaycan ümumən regionda sülh və təhlükəsizliyin təmin olunmasına ciddi zərbə vuran Ermənistanın təcavüzünə son qoymaq üçün haqq savaşındadır. Azərbaycanın ərazi bütövlüyü beynəlxalq səviyyədə, bütün dünya tərəfindən dəstəklənir. Bu gün Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-hücum xarakterli hərbi əməliyyatlarını ölkəmizin məhz öz ərazisində aparır və ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır.
S.Babayev Azərbaycanla Yaponiya arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətini, Azərbaycan rəhbərliyinin Yaponiya ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini və qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək əzmində olduğunu qeyd edib.
İqtisadi əməkdaşlığın Azərbaycan və Yaponiya arasında əlaqələrin prioritet istiqamətini təşkil etdiyini deyən nazir sosial inkişafın təmin olunmasının Prezident İlham Əliyevin siyasətində başlıca istiqamətlərdən olduğunu vurğulayıb. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində ölkəmizdə aparılan son islahatlar, pandemiya dövründə görülən iqtisadi və sosial dəstək tədbirləri barədə məlumat verib. Yaponiya ilə əmək, məşğulluq və sosial müdafiə sahəsində ikitərəfli əlaqələrin inkişafı üçün müqavilə-hüquq bazasının yaradılmasının, bu məqsədlə səylərin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin, habelə sosial sahədə əməkdaşlığın inkişafı üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.
Görüşdə əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin inkişafı imkanları nəzərdən keçirilib. Ölkəmizdə tibbi-sosial reabilitasiya sisteminin müasir standartlar səviyyəsində qurulması üçün mühüm işlərin aparıldığı qeyd edilməklə, tibbi-sosial reabilitasiya, əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidmətləri sahəsində ikitərəfli əməkdaşlığın geniş müstəvidə təşkili, bu sahədə Anlaşma Memorandumunun imzalanmasının mümkünlüyü, işçi qüvvəsinin bacarıqlarının təkmilləşdirilməsində əməkdaşlıq və s. məsələlər müzakirə olunub.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu