DTX tərəfindən saxlanılan polkovniklə bağlı qarar verildi
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyevin Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılması barədə xəbər vermişdik.
"Azadsəs.az"ın məlumatına görə, artıq F.Mirzəyevlə bağlı ibtidai istintaq dövrü üçün ilkin qərar verilib.
Bakı Hərbi Məhkəməsində DTX-nin F.Mirzəyevlə bağlı təqdimatına baxılıb. Məhkəmənin qərarı ilə onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Sabiq rəis 2020-ci il iyununda MN-dəki vəzifəsindən çıxarılıb. Polkovnik xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.
Qeyd edək ki, son günlər DTX Müdafiə Nazirliyində baş verən yeyintilərlə bağlı yüksək vəzifə tutmuş şəxslərin həbsi ilə nəticələnən əməliyyatlar keçirib.