MTN polkovnikinin həbs müddəti uzadıldı
- 19-09-2020, 08:25
- Siyasət
''Azad Səs''-in Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, Z. Camalxanov bu ilin may ayında Baş Prokurorluq tərəfindən saxlanılıb. O, külli miqdarda pulu mənimsəməkdə ittiham olunur.
May ayında barəsində 4 aylıq həbs qərarı çıxarılan Camalxanovun həbsdə qalma müddəti bitdiyi üçün istintaq bu müddətin uzadılması barədə məhkəməyə təqdimat verib.
Hakim Rafiq Abbasovun qərarı ilə Baş Prokurorluğun İstintaq İdarəsinin təqdimatı təmin edilib, Zaur Camalxanovun daha 4 ay həbsdə qalmasına qərar verilib.