azadses.az » İqtisadiyyat » ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib

ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib

Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi perspektivləri müzakirə edilib.

"Report" bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir. Müzakirələr Filippinin Manila şəhərində ADB-nin təşkilatçılığı ilə “Gələcəyi gücləndirək: Təmiz enerji innovasiyaları, regional əməkdaşlıq və inteqrasiya, maliyyələşmə həlləri” mövzusunda keçirilən “2025-Asiya Təmiz Enerji Forumu” çərçivəsində aparılıb. Tədbirdə Azərbaycanı energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin, eləcə də Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının iştirakı ilə Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizinə həsr olunmuş dəyirmi masada iştirak edilib. Tədbirdə enerji əlaqələrinin gücləndirilməsi, "yaşıl enerji" nəqli marşrutlarının inkişafı və bu sahədə çoxtərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Bununla yanaşı, ADB-nin icraçı direktoru Rachel Thompson ilə də görüş baş tutub. Görüşdə Azərbaycanla ADB arasında enerji sahəsində mövcud əməkdaşlıq məsələləri, xüsusilə bərpa olunan enerji və enerji səmərəliliyi layihələrinə dair birgə fəaliyyət perspektivləri müzakirə olunub. Azərbaycanın "yaşıl enerji dəhlizləri"nin inkişafı istiqamətində gördüyü işlər və bu sahəyə investisiya qoyuluşunun dəstəklənməsi üçün maliyyə mexanizmləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir müavini forum çərçivəsində "Mərkəzi, Qərbi və Şərqi Asiya regionunun birgə gələcəyi üçün Yaşıl Dəhlizlər" mövzusunda təşkil edilən paneldə çıxış edib. Çıxışda Azərbaycanın bərpa olunan enerji sahəsində hədəfləri, "yaşıl enerji"nin ixracı məqsədilə reallaşdırılan regionlararası infrastruktur layihələri və bu kontekstdə Asiya ölkələri ilə mümkün əməkdaşlıq imkanları barədə məlumat verilib. Eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransı çərçivəsində elan edilmiş enerji təşəbbüslərinin "yaşıl keçid"in sürətləndirilməsi və beynəlxalq tərəfdaşlıq üçün yaratdığı imkanlar vurğulanıb.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib