azadses.az » İqtisadiyyat » AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir

AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir

Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi işləri davam etdirilir.

"Report"un İsmayıllıya ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Prezidentin izi ilə təşkil olunan mediatur çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi Asim Məmmədli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun inşası zamanı yaşıllıq zonaya heç bir zərər vurulmayacaq:

“Vətəndaşların rahat və sərbəst hərəkətinin təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın dörd bir yanında yol infrastrukturunun müasirləşdirilməsi davam etdirilir. əkdədir. Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun da yenidən qurulması layihəsi bunun barız nümunəsidir.

Əsası ötən əsrin 70-ci illərində qoyulan bu avtomobil yolunun ümumi uzunluğu 85,6 km təşkil edir. Yol sürüşməyə meyilli dağ yamaclarından keçdiyi üçün sürüşmə hallarının yaranmasına zəmin yaranır və yolda müəyyən zamanlarda fasilələr yaranırdı.

Yolun yenidən qurulması zamanı bu kimi amillər xüsusilə diqqətə alınıb və sürüşməyə qarşı tədbirlər həyata keçirilib. Bünövrələrin, istinad divarlarının, eləcə də xüsusi sement məhlulunun 14 metr dərinliyində qrunta vurulmasını bu tədbirlərə misal göstərə bilərik”.

A.Məmmədli qeyd edib ki, yolun tikinti işlərinin yekunlaşması bu ilin sonlarına, körpü və tunel işinin yekunlaşması isə növbəti ilə planlaşdırılır:

“Onu da deyim ki, hazırda Ağsuçay vadisində unikal avtomobil körpüsünün tikintisi işləri davam etdirilir. Körpünün uzunluğu 1186 metr, çay səviyyəsindən hündürlüyü isə 78 metr təşkil edir. Qarşıdakı dağlıq tərəfdə isə yol uzunluğu 885 metr olan nəqliyyat tuneli vasitəsilə davam etdiriləcək.

Tunelin inşasında önəmli bir nüansı qeyd edim ki, tunelin inşası zamanı yaşıllıq zonaya heç bir zərər vurulmayacaq. Yolun tikinti işlərinin yekunlaşması bu ilin sonlarına, körpü və tunel işinin yekunlaşması isə növbəti il üçün nəzərdə tututlub”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Çaylarda sululuq artdı
  2. Ötən gün vətəndaşların bank kartlarından 6 min manatdan çox pul oğurlanıb
  3. Şirvanda 6 aylıq körpə ölü doğulub
  4. Bakıda "moyka"da kişini elektrik cərəyanı vuraraq öldürüb
  5. Qubada elektrik enerjisinin verilişində fasilə yaranacaq
  6. DİN: Ötən gün bank kartlarından oğurluq qeydə alınmayıb
  7. “Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
  8. Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
  9. Sabirabadda çətənə kolları yetişdirməkdə şübhəli bilinən 4 nəfər həbs olunub
  10. Ötən gün ölkə ərazisində 16 kiloqramdan çox narkotik aşkarlanıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Nazir müavini: Qarabağın dörd məktəbində "Son zəng" keçirilir
Bu gün Xankəndi, Xocalı, Cəbrayıl və Şuşada məktəblərdə "Son zəng" keçirilir. Bunu elm və təhsil nazirinin müavini Ətraflı
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Nazir müavini: Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur
Bizim üçün müəllim nüfuzundan vacib mövzu yoxdur. Bunu "Report"a açıqlamasında elm və təhsil nazirinin müavini Həsən Ətraflı
Bütün xəbərlər
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib