azadses.az » Cəmiyyət » Azərbaycanda qar uçqunu olub

Azərbaycanda qar uçqunu olub

Respublikanın avtomobil yollarında hazırkı vəziyyət açıqlanıb.
 
''Azad Səs'' Pravda.az-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, fevralın 18-də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolu boyu hazırda yağıntı yoxdur. Nəqliyyatın hərəkəti təmin olunub.
 
Xınalıq kəndinə gedən avtomobil yolunun 35-37 km hissəsində qar uçqunu olub, hərəkət məhdudlaşıb. Hazırda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
 
Giləzi-Xızı yolunda gecə saatlarında 2-3 sm qar yağıb, 4-5 dərəcə şaxta olub. Hal-hazırda yağıntı yoxdur, səhər saatlarından başlayaraq yola duz-qum qarışığı səpilir. Yolda nəqliyyatın hərəkəti təmin olunub.
 
Bakı-Qobustan yolunda səhər saatlarından başlayaraq qar yağır, hazırda yola qum-duz səpilir. 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Qobustan-Şamaxı-Muğanlı yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Muğanlı-Ağsu-Yevlax yolunda marşrut boyu zəif qar yağır, Muğanlı və Ağsu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Bakı-Ələt-Hacıqabul yolunun Bakı-Ələt hissəsində zəif qar yağır, Yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Hacıqabul-Ucar-Yevlax yolunda gecə saatlarında zəif qar yağıb, Hacıqabul rayonu ərazisində yolda buzlaşma olub. Hazırda yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Yevlax-Gəncə-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağıb. Hazırda yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. 
 
Muğanlı-İsmayıllı yolunda marşrut boyu gecə saatlarında 3-5 sm qalınlıqda qar yağib. Səhər saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılır, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur. 4-5 dərəcə şaxta var.
 
İsmayıllı-Qəbələ-Oğuz-Şəki yolunda marşrut boyu səhər saatlarından başlayaraq qar yağır, 5-7sm qar var. Görülmüş tədbirlər nəticəsində yol qardan təmizlənib, qum duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Şaxta 1-2 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. 
 
Şəki-Qax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu qar yağır, Şəki rayonu ərazisində 5-7sm, Qax rayonu ərazisində 15-20sm, Zaqatala və Balakən rayonları ərazisində 10-12 sm qar var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum-duz səpilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.
 
Yevlax-Şəki (Göybulaq) yolunda Şəki rayonu ərazisində qar yağır, səhər saatlarından başlayaraq yol qardan təmizlənib, qum duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Gəncə-Daşkəsən-Xoşbulaq yolunun Daşkəsən rayonu ərazisinə 30-60 sm qalınlıqda qar yağıb,  3-4 dərəcə şaxta var. Yollar qardan təmizlənərək qum-duz səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
 
Şəmkir-Gədəbəy yolunda hazırda yağıntı yoxdur. Gecə saatlarında güclü qar yağıb və şaxta olub. Qarın qalınlığı 20-40 sm təşkil edir. Hazırda duz-qum səpilir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunur.
 
Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yolunda marşrut boyu sulu qar yağır, şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Masallı-Yardımlı yolunun Masallı rayonu ərazisində zəif qar yağır, Yardımlı rayonu ərazisində sulu qar yağır. Şaxta yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Lənkəran-Lerik yolunda səhər saatlarından başlayaraq qar yağır, yolda qar yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
 
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  2. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  3. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  4. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  5. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  6. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  7. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
  8. NİİM: Yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə svetoforların işində problemlər yaranıb
  9. Ötən gün vətəndaşların bank kartlarından 14 min manata yaxın pul oğurlanıb
  10. Azərbaycanda tortdan kütləvi zəhərlənmə olub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir - RƏSMİ
Əlverişsiz havaya görə ümumi təhsil müəssisələrində şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir. "Report" Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar