azadses.az » İqtisadiyyat » Azərbaycan qeyri-dövlət maliyyə nəzarətinin yüksəltmək üçün İsrailin təcrübəsindən istifadə edəcək

Azərbaycan qeyri-dövlət maliyyə nəzarətinin yüksəltmək üçün İsrailin təcrübəsindən istifadə edəcək

Azərbaycan iqtisadiyyatında şəffaflığı artırmaq, qeyri-dövlət maliyyə nəzarətinin səviyyəsini yüksəltmək, rəqəmsallaşmanı geniş tətbiq etmək üçün İsrailin müsbət təcrübəsindən istifadə edilməsi planlaşdırılır.

“Report” xəbər verir ki, bunu Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov palata ilə İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu (ICPAI) arasında Anlaşma Memorandumunun imzalanmasına dair tədbirdə deyib.

"Bu sahədə İsrailin böyük nailiyyətlərindən bizim xəbərimiz vark. Eyni zamanda İsrailli həmkarlarımız da auditin innovativ inkişafı, kölgə iqtisadiyyatına qarşı mübarizə və auditdə rəqəmsallaşmanın tətbiqi sahəsində bizim əldə etdiyimiz nəticələrdən bəhrələnə biləcəklər", - deyə o bildirib.

"Auditorlar Palatası müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək məqsədilə, bir sıra xarici ölkələrin audit və mühasibatlıq qurumları ilə əməkdaşlıq sazişləri imzalayıb.

Bu sazişlərin reallaşması ölkədə auditin inkişafı sahəsində xarici tərəfdaşlarla birgə tədbirlər həyata keçirmək və təcrübə mübadiləsi aparmaq üçün önəmli əhəmiyyət kəsb edir və bu ənənə bu gün də uğurla davam etdirilir.

Yeni saziş hər iki ölkənin auditorları və mühasibləri üçün uğurlu əməkdaşlığa, birgə fəaliyyətə və bütövlükdə audit peşəsinin inkişafına mühüm töhfə verəcəkdir", - V. Novruzov bildirib.

O hesab edir ki, ICPAI ilə əməkdaşlıq iqtisadi inkişafın müasir mərhələsində şəffaflığın təmin edilməsində və hesabatlılığın yüksək səviyyədə qurulmasında, kölgə iqtisadiyyatının aradan qaldırılmasında, dövlət və qeyri-dövlət nəzarətinin, o cümlədən müstəqil auditin rolunun getdikcə artırılmasına, bu sahədə mövcud olan problemlərin və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə geniş imkanlar yaradacaqdır.

Xatırladaq ki, İsrailin Sertifikatlaşdırılmış İctimai Mühasiblər İnstitutu peşəkar milli qurum olaraq İsrailin bütün ərazisində mühasibatlıq və audit peşələrinin inkişafında həlledici rol oynayır.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakıda 48 yaşlı qadın dəm qazından ölüb
  2. Gədəbəydə 4 otaqlı ev yanaraq külə dönüb
  3. Bu ilin iki ayı ərzində 39 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
  4. Xaçmaz rayonunda yol qəzası olub, yaralananlar var
  5. Bakıda ölümlə nəticələnən yol qəzası olub
  6. Şabranda ana və övladı dəm qazından zəhərlənib, biri ölüb
  7. Hövsan qəsəbəsinin mərkəzi hissəsində işıq olmayacaq
  8. Lerikdə zəlzələ olub
  9. İsmayıllı rayonunda zəlzələ olub
  10. Sumqayıtda 17 yaşlı gənc binadan yıxılaraq ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Xalq artisti Tamilla Şirəliyevanın dəfn ediləcəyi yer açıqlanıb
Balet ustası, Xalq artisti Tamilla Şirəliyeva Qurd qapısı qəbiristanlığında dəfn ediləcək. Bu barədə “Report”un sorğusuna cavab Ətraflı
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib
Balet ustası Tamilla Şirəliyeva vəfat edib. Bu barədə “Report”a Akademik Opera və Balet Teatrından məlumat verilib. Məlumat üçün Ətraflı
Bütün xəbərlər
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Şou biznes
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar