azadses.az » İqtisadiyyat » “SOCAR Energy Ukraine” benzin idxalının yeni istiqamətlərini açıqlayıb

“SOCAR Energy Ukraine” benzin idxalının yeni istiqamətlərini açıqlayıb

Ukraynada 57 yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan şəbəkəsi “SOCAR Energy Ukraine” cari ilin iyun ayında benzin idxalını ötən ilki həcminə çatdırıb.

“Report” xəbər verir ki, bunu SOCAR-ın Ukraynadakı törəməsi “SOCAR Energy Ukraine” şirkətinin yanacaqdoldurma şəbəkəsinin direktoru İqor Orlov Ukrayna nəşrinə müsahibəsində deyib.


“Özümüzə məxsus və icarəyə götürülmüş yanacaq daşıyan maşınlarımızla həftədə 15-dən çox reys həyata keçiririk. Müharibə başlayandan sonra biz çatdırılma coğrafiyasını xeyli genişləndirmişik. Almaniya, İtaliya, Finlandiya, Yunanıstan və s. ölkələrə məhsul idxal etməyə başladıq. Həmçinin, ənənəvi istiqamətlərimiz də qalmaqdadır: Slovakiya, Polşa, Litva, Rumıniya və Moldova. İyul ayından Bolqarıstandan öz benzinimizi idxal etməyə başladıq.

Şirkətimiz üçün yenidənqurma işi daha asan oldu, çünki biz heç vaxt Belarusdan, Rusiyadan və yerli istehsal olan yanacaq satmamışıq. Lakin eyni zamanda, dəniz yolu ilə idxal imkanını əldən verərək, logistik problemlərlə də üzləşdik”, - İ.Orlov bildirib.

O hesab edir ki, şirkət idxalın ikiqat səviyyəsinə çata bilər, lakin bu, təkcə Ukraynadan deyil, həm də idxal edən ölkələrdən asılıdır:

“Avropanın infrastrukturu Ukraynanı belə həcmdə təmin etmək üçün nəzərdə tutulmamışdı. Ukrayna hökuməti və “Ukrzaliznitsa” digər ölkələrlə münasibətləri genişləndirmək imkanlarını müzakirə edir.



Bir misal göstərim, bu yaxınlarda iqtisadiyyat naziri Yuliya Sviridenko Polşa ilə sərhədə yaxın olan aşırım məntəqəsinə getdi. O, Polşa rəsmiləri ilə razılaşdı ki, aşırma məntəqəsi bir deyil, üç növbədə işləyəcək. Nəticədə ötürücülük 3 dəfə artıb.

Amma Avropada təsir etmək mümkün olmayan bir çox başqa nüanslar var. Məsələn, onların qaydalarına görə, havanın temperaturu 35 dərəcədən yuxarı qalxarsa, o zaman yanacaqla hərəkət edən qatarlar dayanmalıdır. Bu, çatdırılmaların ritminə əhəmiyyətli dərəcədə təsir edir, əsasən də indi çöldə istilər olan zaman.”

Onun sözlərinə görə, Ukrayna müharibə başlamazdan əvvəl ölkədə istehlak edilən neft məhsullarının 70 %-ni əsasən Rusiya, Belarus və dəniz yolu ilə idxal edib.

O vurğulayıb ki, hazırda bu kanallar tamamilə bağlanıb: “Bundan başqa, Rusiya raketləri Ukraynanın 20-yə yaxın neft anbarını məhv edib. Həmçinin hərbi əməliyyatlar nəticəsində ölkədə benzin istehlakının təxminən yarısını təmin edən Kremençuq və Şebelinski neftayırma zavodlarının fəaliyyəti dayanıb.

İndi xaricdən gətirilən neft məhsulları yanacaq daşıyan maşınlar və dəmiryol çənləri ilə qərb sərhədindən keçirilir - yanacaq neft bazalarından yan keçərək birbaşa yanacaqdoldurma məntəqələrinə gedir. “Naftorinka”nın məlumatına görə, iyun ayında Ukrayna dizel, benzin və mayeləşdirilmiş təbii qaz idxalını sutkada 20 min tona çatdırıb. May ayı ilə müqayisədə dizel yanacağı 70 %, benzin 40-45 % artıb. Apreldə belə həcmləri ancaq xəyal etmək olardı, o zaman Ukraynaya maksimum tədarük 10 min ton səviyyəsində idi”.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda yay şumu qaldırılır
  2. Abşeronda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb
  3. Xəzər dənizində 4 maqnitudalı zəlzələ olub
  4. Şəmkirdə avtomobillər toqquşub, xəsarət alanlar var
  5. Yevlaxda ağacdan yıxılaraq ağır xəsarət alan kişi xəstəxanada ölüb
  6. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  7. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  8. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  9. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  10. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu