azadses.az » Cəmiyyət » SOCAR: Hədəfimiz “Evro 5” yanacağının istehsalına 2022-ci ildə nail olmaqdır

SOCAR: Hədəfimiz “Evro 5” yanacağının istehsalına 2022-ci ildə nail olmaqdır

Pandemiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) bütün layihələrin qrafikinə müəyyən qədər təsir göstərib.
Bunu “Report”a SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri ilə bağlı açıqlamasında qurumun İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, həm yoluxma riskini azaltmaq məqsədi ilə işçilərin iş növbələrinin seyrəldilməsi, həm də ölkələr arasındakı karantin məhdudiyyətlərinə görə xarici mütəxəssislərin gediş-gəlişinin, mal-materialların nəqlinin çətinləşməsi bunun əsas səbəbləridir: “Lakin qrafikdə əsas dəyişikliklər hələ ötən illərdə baş vermişdi. Bildiyiniz kimi, Heydər Əliyev adına Neft Emalı Zavodunun dayandırılması zamanı aparılan araşdırma hələ bir müddət əvvəl göstərdi ki, zavodun daha çox qurğuları tam yeniləri ilə əvəzlənməlidir, bu da layihənin tam bitməsi tarixini 2025-ci ilə qədər uzatmış oldu. Bu haqda ictimaiyyətə müvafiq açıqlama və izahlar da verilib”.
İ. Əhmədov bildirib ki, bütün maneələrə baxmayaraq, hazırkı SOCAR-ın hədəfi “Evro 5” standartına uyğun olan yanacağın istehsalına 2022-ci ildə nail olmaqdır: “Hazırkı mərhələ məhz bundan ibarətdir. Layihənin növbəti və sonuncu mərhələsi isə zavodun emal gücünün illik 6 milyon tondan 7,5 tona qədər artırılması ilə bağlı ola bilər və 2025-ci ilə qədər davam etməsi ehtimal olunur”.
SOCAR rəsmisi qeyd edib ki, lakin növbəti mərhələnin icrası məsələsinə hökumət təkrar baxacaq və baxılandan sonra son mərhələnin həyata keçirilməsi ilə bağlı yekun qərar veriləcək: “Çox güman ki, bu qərar layihənin hazırkı mərhələsinin sona yaxınlaşdığı dövrdə nəzərdən keçirilə bilər”.
Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.
1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Myanmada qasırğada ölənlərin sayı 220 nəfəri ötüb
  2. Ağcabədidə yol qəzasında ağır xəsarət alan azyaşlı Bakıya gətirilib
  3. Goranboyda yanğın zamanı xəsarət alan körpə ölüb
  4. Qusarda yük avtomobili dərəyə aşıb, ölən var
  5. Türkiyə vətəndaşı Bakı-Quba yolunda sükan arxasında ölüb
  6. Göygöldə yük avtomobili dəmir maneə çırpılıb, xəsarət alanlar var
  7. Şəmkirdə həkimi avtomobil vuraraq öldürüb
  8. Şəmkirdə 71 yaşlı kişi yol-nəqliyyat hadisəsində ağır xəsarət alıb
  9. Saatlıda ata iki yaşlı oğlunu avtomobillə vuraraq öldürüb
  10. Xəzər rayonunda 41 yaşlı qadını avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Eşqi Bağırov: Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir
Bizim üçün şagirdlərin təhlükəsiz, sağlam mühitdə təhsil alması vacibdir. "Report" xəbər verir ki, bunu Elm və Təhsil Ətraflı
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək
Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin Ətraflı
Bütün xəbərlər
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Şou biznes
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur aktrisa: "Qadın-kişi tarazlığı deyilən bir şey qalmadı"
Məşhur reper saxta pornonun qurbanı oldu
Məşhur reper saxta pornonun qurbanı oldu