azadses.az » İqtisadiyyat » ​​​​​​​Azərbaycan ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe tutub

​​​​​​​Azərbaycan ticarətin asanlaşdırılması sahəsində yüksək mövqe tutub

Azərbaycan BMT-nin 2021-ci il üçün Rəqəmsal və Davamlı Ticarətin Asanlaşdırılması üzrə Qlobal Hesabatında 86%-lik göstərici ilə Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionuna liderlik edib.

Bu barədə "Report"a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Mərkəzin innovativ layihəsi - “Rəqəmsal Ticarət Qovşağı”nın rəhbəri Məsumə Talıbova bildirib ki, Azərbaycanın nəticələrinin 2015-ci ildən bu günə dinamikasına nəzər yetirdikdə artım tempinin dayanıqlı olduğu müşahidə olunur: "Tədqiqatın ilk ilində 48.39 nəticə göstərən ölkəmiz 2 il sonra ötən nəticəyə nisbətdə 56% artımla 75,27-ə yüksəldi, daha sonra isə 2017-ci ildə 9% artımla, 2021-ci ildə isə 5% artımla dayanıqlı artımı qorumağa nail olub. Sorğunun alt indikatorlarına nəzər yetirdikdə şəffaflıq-100%; rəsmi qaydalar-91,67%;İnstitusional tənzimləmə və əməkdaşlıq -88,89%; Kağızsız ticarət- 85.19%;Transsərhəd kağızsız ticarət üzrə isə 66,67% nəticə əldə olunub.M.talıbova xüsusilə vurğulayıb ki, 2019-cu il ilə müqayisədə bu il şəffaflıq indikatoru üzrə 7% irəliləyişlə maksimum nəticəyə, transsərhəd kağızsız ticarət indikatoru üzrə isə 33% artımla çox böyük irəliləyişə nail olunub.

Hesabatda ölkənin cari vəziyyəti ötən illərlə müqayisə olunaraq təsvir olunub və bu irəliləyişlərə səbəb olan islahatlara dair ətraflı məlumatlar öz əksini tapıb. Belə ki, ölkə rəhbərliyi tərəfindən bu sahədə aparılan geniş islahatlar nəticəsində “Rəqəmsal Ticarət Qovşağı” portalının yaradılması və “Rəqəmsal Ticarət Qovşağı kimi ölkənin mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Pprezidentin fərmanından irəli gələn tapşırıqların yerinə yetirilməsi, eyni zamanda, Azərbaycanın 20 fevral 2021-ci il tarixindən qüvvəyə minən “Asiya-Sakit Okeanında Sərhədlərarası Kağız Ticarətin Asanlaşdırılması Çərçivə Sazişi”ni imzalayan ilk dövlətlərdən olması, bu sahədə aparılan digər islahatlar qlobal müstəvidə də ölkənin mövqeyinin yaxşılaşdırılmasına öz müsbət töhfəsini verib. İİTKM-in digər innovativ layihələri olan Azexport.az portalı, “Bir Pəncərə” İxraca Dəstək mərkəzi tərəfindən KOSM-lara göstərilən dəstək ticarət prosedurlarının sadələşdirilməsi, şəffaflıq və kağızsız ticarət üzrə ölkənin mövqeyini yüksəldib və Hesabatda bu layihələrin də adı çəkilib.

Hesabatda ölkədə cari vəzyyətin qiymətləndirilməsinin həyata keçirilməsi ilə yanaşı transsərhəd kağızsız ticarətin yaxşılaşdırılması məqəsdi ilə gələcək üçün tövsiyyələr də təqdim olunub. Fevralın 10-da qatqısı olan bütün qurumların və xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans formatında bu tövsiyyələrin müzakirəsi və sonda 2022-ci il üçün tədbirlər planının təsdiq edilməsi nəzərdə tutulur".
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
  2. DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
  3. Bakıda avtomobil piyadanı vuraraq öldürüb
  4. Azərbaycanda zəlzələ olub
  5. Bakıda kitabxana yanıb
  6. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  7. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  8. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  9. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  10. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib