azadses.az » İqtisadiyyat » SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarına abunə yazılışı başladı

SOCAR-ın 100 milyon dollarlıq istiqrazlarına abunə yazılışı başladı

Yeni SOCAR İstiqrazlarının ilkin yerləşdirilməsi abunə yazılışı formasında kütləvi təklif üsulu ilə həyata keçiriləcək.

Dövlət Neft Şirkətindən Oxu.Az-a verilən məlumata əsasən, SOCAR İstiqrazlarına abunə yazılışı ölkəmizdə “Neftçilər Günü” kimi qeyd olunan bu ilin 20 sentyabr tarixindən başlayacaq və oktyabrın 29-dək davam edəcək.

İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, Azərbaycan Respublikasının ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər.

Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcək. Xarici fiziki və hüquqi şəxslər isə istiqrazları təkrar bazarda artıq sahiblərindən satın ala biləcəklər.

Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi həcmi 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 (min) dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faizdir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.

SOCAR İstiqrazlarını 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə etmək mümkün olacaq.

Qeyd edək ki, uzun müddətdən bəri investorlar tərəfindən ünvanlanan çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, Azərbaycanın beynəlxalq miqyaslı şirkəti SOCAR tərəfindən daxili bazar üçün yeni istiqrazlar buraxılacaq.

SOCAR, 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb, təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub saxlayıb.

100 milyon dollarlıq həcmdə emissiya olunan ilk istiqrazlara tələbat iki dəfədən artıq oldu. Hazırda təkrar bazar əməliyyatlarının həcmi rekord göstərici olan 201 milyon dolları aşıb. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə etmiş olacaqlar.
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Salyanda elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB
  2. Pirallahıda 44 yaşlı kişini avtomobil vurub
  3. Ədirnədə ağır yol qəzasında 6 nəfər yaralanıb
  4. Bakıda iki avtomobil toqquşub, xəsarət alan var
  5. Yasamalda yolu keçən qadını avtomobil vurub
  6. Xətai rayonunda minik avtomobili yanıb
  7. Göygöldə ağır yol qəzası olub, ölən və xəsarət alanlar var
  8. Daşkəsəndə mənzildə partlayış olub, ağır xəsarət alan var
  9. Bakıda kişi ölən qardaşının qayınanasına təcavüz etdi
  10. Nəsimi rayonunda avtomobillər toqquşub, yaralanan var
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Bu gün PMS üzrə imtahanın I mərhələsi keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı (PMS) üzrə imtahanın I mərhələsini (mühasibat uçotu üzrə) Ətraflı
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Meksikanın Milli Politexnik İnstitutunun tələbələrinə COP29 haqqında mühazirə keçirilib
Azərbaycan səfiri Meksikanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan Milli Politexnik İnstitutunun Ali Kommersiya və Ətraflı
Bütün xəbərlər
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Şou biznes
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Cennifer Lopez və Ben Afflek malikanələrindəki əntiq əşyaları satırlar
Ben Afflek və Cenifer Lopez ayrılıblar?
Ben Afflek və Cenifer Lopez ayrılıblar?