"Barselona" ardıcıl 10-cu mövsümdə UEFA Çempionlar Liqasının finalına vəsiqə qazana bilməyib
- Dünən, 08:00
- İdman
İspaniyanın "Barselona" klubu ardıcıl 10-cu mövsüm UEFA Çempionlar Liqasının finalına vəsiqə qazana bilməyib.
"Report"un məlumatına görə, bu, ötən gün turnirin yarımfinalında "İnter"ə (İtaliya) məğlubiyyətdən (3:4) reallaşıb.
7 qolun vurulduğu və əlavə vaxtda İtaliya klubunun qələbə qazandığı görüşdən sonra "Barselona" iki oyunun nəticəsinə (ilk oyun - 3:3) görə cari mövsüm UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb. Komanda sonuncu dəfə 2014/2015 mövsümündə turnirin finalında oynayıb. Sözügedən görüşdə "Yuventus"la qarşılaşan "Barselona" 3:1 hesablı qələbə qazanıb.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında ikinci finalçı bu gün, gerçəkləşəcək PSJ (Fransa) - "Arsenal" (İngiltərə) matçından (ilk oyun - 1:0) sonra müəyyənləşəcək.