İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Tottenhem”ə məğlub olub
- 31-10-2024, 12:11
- İdman
"Tottenham Hotspur" və "Mançester Siti"nin qarşılaşdığı İngiltərə Liqası Kubokunun 1/8 final oyunu başa çatıb.
“Report” xəbər verir ki, komandalar İngiltərənin London şəhərindəki "Tottenham Hotspur" stadionunda üz-üzə gəliblər.
Qarşılaşma “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 5-ci dəqiqəsində ev sahiblərinin heyətində alman hücumçu Timo Verner hesabı açıb. O, isveçli Deyan Kuluşevskinin ötürməsini qola çevirib. İyirmi beşinci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Papa Matar Sarr meydan sahiblərinin hesabdakı üstünlüyünü artırıb.
İlk hissəyə əlavə olunmuş vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunes “Mançester Siti”nin yeganə qolunu vurub.