azadses.az » İdman » “Qarabağ” “Mançester Yunayted” və “Roma”nı qabaqladı

“Qarabağ” “Mançester Yunayted” və “Roma”nı qabaqladı

“Qarabağ” “Mançester Yunayted” və “Roma”nı qabaqladı

“Qarabağ”ın 2022/2023 avrokubok mövsümündə indiyə qədər əldə etdiyi gəlir müəyyənləşib.

“Report”un məlumatına görə, Azərbaycan çempionu bu mövsüm büdcəsinə 12 milyon 940 min 813 avro qazandırıb.

Bu, UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası (AL) və Konfrans Liqasındakı (KL) iştirakın cəminə görə UEFA-dan alınan məbləğdir.

ÇL-də pley-offa qədər irəliləyən Qurban Qurbanovun kollektivinin üç rəqibi qabaqlamasının mükafatı 5 milyon avro olub.

Ağdamlılar ÇL-də qrupa yüksələ bilməsələr də, mübarizəni AL-in qrupunda davam etdiriblər. Həm turnirdə iştirak, həm də qrupdakı 2 qələbə, 2 heç-heçə “Qarabağ”ın daha 7 milyon 640 min 813 avro gəlir götürməsinə səbəb olub. Yer aldığı G qrupunda 3-cü yeri tutaraq Konfrans Liqasının pley-off mərhələsinə yollanan Premyer Liqanın lideri qitənin üçüncü dərəcəli turnirindəki iştiraka görə daha 300 min avro qazanıb.

“Qarabağ” mövsümün hazırkı dönəminə qədər UEFA-dan ən çox gəlir götürən 35-ci klubdur. Azərbaycan təmsilçisi hətta “Mançester Yunayted”, “Vest Hem” (hər ikisi İngiltərə), “Betis”, “Real Sosyedad”, “Vilyarreal” (hamısı İspaniya), “Roma”, “Latsio”, “Fiorentina” (hamısı İtaliya), “Monako” (Fransa) kimi “böyük beşlik” ölkələrinin tanınmış klublarını da üstələyir.

Həmçinin, bu mövsüm avrokuboklarda Türkiyəni təmsil edən komandalar da “Qarabağ”dan geri qalırlar. Son Türkiyə çempionu “Trabzonspor” qitənin 39-cusu (12 milyon 136 min 813), “Fənərbağça” 41-cisi (11 milyon 944 min 813), “Başakşehir” 61-cisi (7 milyon 732 min 803), “Sivasspor” 67-cisi (6 milyon 828 min 852), “Konyaspor” isə 148-cisidir (750 min).

“Qarabağ”ın bu mövsüm avrokuboklarda üz-üzə gəldiyi 7 rəqibdən yalnız Çexiya təmsilçisi “Viktoriya” daha çox gəlir əldə edib. Ağdamlıları Çempionlar Liqasının pley-offunda məğlub edən plzenlilərin ümumi qazancları 19 milyon 51 min 625 avrodur. Hətta Konfrans Liqasının pley-off mərhələsindəki rəqib Belçika “Gent”i (6 milyon 312 min 901) də cədvəldə Azərbaycan klubundan aşağı pillədədir.

“Qarabağ” MDB ölkələrinin klubları arasında sıralamada ikinci yerdədir. Azərbaycan çempionu yalnız Ukrayna “Şaxtyor”undan geri qalır. Donetsklilərin ümumi gəliri 42 milyon 426 min 106 avroya bərabərdir.

2022/2023 mövsümündə avrokuboklarda mübarizə aparan Azərbaycanın digər klublarının qazancları da məlumdur. Konfrans Liqasında cəmi bir mərhələ adlamağı bacaran “Neftçi” 750 min avro gəlirlə Avropanın 233 klubu arasında 150-ci pillədə qərarlaşıb. Bu turnirdə ilk rəqibinə məğlub olaraq mübarizəni dayandıran “Zirə” və “Qəbələ” isə hərəyə 450 min avro qazanmaqla kifayətləniblər. Onlar 178-203-cü sıralarda yer alan klublarla eyni məbləğdə qazanc götürüblər.

Siyahıya Almaniya nəhəngi “Bavariya” başçılıq edir. Çempionlar Liqasının qrupunda keçirdiyi 6 matçın hamısında qalib gələn münhenlilər büdcələrini 78 milyon 664 min 508 avro ilə zənginləşdiriblər. İspaniya “Real”ı (74 milyon 672 min 547) və İngiltərə “Çelsi”si (70 milyon 124 min 547) müvafiq olaraq 2-3-cü yerləri tuturlar. Onları PSJ (Fransa - 68 milyon 780 min 547) və “Liverpul” (İngiltərə - 67 milyon 676 min 28) izləyirlər.

Azərbaycanın 4 klubu bu mövsüm avrokuboklardakı iştiraka görə ümumilikdə 14 milyon 590 min 813 avro qazanc götürüblər. Bu, Azərbaycanın UEFA-ya üzv 54 ölkə arasında 21-ci yerdə qərarlaşmasına gətirib çıxarıb. MDB ölkələrindən yalnız Ukrayna UEFA-nı daha çox ödənişə vadar edib. Adıçəkilən ölkə klublarının 62 milyon 279 min 271 avroluq qazancı ilə qitənin 9-cusudur. Türkiyə isə 13-cü (39 milyon 393 min 281) pillədə yer alıb.

Klubları ən çox qazanc götürən ölkə İngiltərədir. “Dumanlı Albion” təmsilçilərinin ümumi gəliri 295 milyon 275 min 519 avroya bərabərdir. Almaniya (295 milyon 161 min 841) 2-ci, İspaniya (262 milyon 113 min 274) 3-cü, İtaliya (239 milyon 378 min 197) 4-cü, Portuqaliya (169 milyon 857 min 493) isə 5-cidir. Klubları 100 milyondan çox pul qazanan digər ölkə isə Fransadır (129 milyon 399 min 973).
DAHA ÇOX XƏBƏRLƏR
Ən çox oxunanlar
  1. Həştərxanda fərdi evdə yanğın zamanı 5 uşaq ölüb
  2. Bakının üç rayonunda qaz təchizatı dayandırılacaq
  3. DTX-nin həbs etdiyi haker: Məqsədim Azərbaycan serverlərində müdaxilənin qarşısı almaq üçün milli proqram yaratmaq idi
  4. FHN: Su basmış yerlərdə 33-ü uşaq olmaqla 135 nəfər təxliyə olunub
  5. Nizami rayonunda 18 yaşlı gənci avtomobil vurub
  6. Yevlaxda yol qəzasında xəsarət alan 8 sərnişin xəstəxanadan evə buraxılıb - YENİLƏNİB
  7. Bakıda körpələr evi-uşaq bağçasında yanğın olub
  8. ADSEA: Yağışların fasiləsiz yağması suların tam çəkilməsinə mane olur
  9. Azərbaycanda yağışlı havaya görə bütün limanlar bağlanıb
  10. Göygöldə qarın hündürlüyü 6 sm-ə çatıb
Bütün xəbərlər
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Ərdoğan: “İlham Əliyev Türkiyədən iki ədəd “Togg” elektromobili almaq üçün sifariş verib”
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yerli istehsalı olan “Togg” elektromobilini almaq üçün sifariş verib. Türkiyə Ətraflı
Bütün xəbərlər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Alimlər Kvant maqnitizminin nadir tipini kəşf ediblər
Britaniya Kolumbiyası Universitetinin Blasson Kvant Materiyası İnstitutunun tədqiqatçıları ilk dəfə olaraq metal və birölçülü Ətraflı
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Nazir müavini: Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir
Azərbaycan silahlı münaqişənin mədəni irsə vurduğu dağıdıcı təsiri birbaşa yaşamış ölkədir. “Report” xəbər verir ki, bunu Ətraflı
Bütün xəbərlər
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Şou biznes
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Rayan Qoslinq "Ulduz müharibələri"nin yeni buraxılışında baş rolda oynayacaq
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt və Ancelina Coli 8 illik məhkəmədən sonra boşandılar
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Bred Pitt 30 yaş balaca sevgilisi ilə toyunu təxirə saldı: Səbəb təəccübləndirdi
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
Kirkorov Uspenskayaya təzminat ödəyəcək
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
“Titanik”in məşhur mahnısının müəllifi vəfat edib
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Bred Pitt qızı ilə münasibətlərini düzəltmək istəyir
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
Sovet kinosunun əfsanəsi Svetlana Svetliçnayanın səhhəti ilə bağlı şok qərarı
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
İbrahim Tatlıseslə qızı arasındakı qalmaqal böyüyür: "Evimə basqın etdi, söyüşlər yağdırdı"
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
Məşhur cütlük boşanmağa qərar verdi: Ben Afflekin hansı hərəkəti Cennifer Lopesin ürəyini qırıb?
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib
ABŞ məhkəməsi aktyor Alek Balduinə qarşı iddianı rədd edib