Tokioda Atletlər kəndində mikroavtobus paralimpiyaçını vurdu

Sınaq məqsədilə əraziyə buraxılmış yeni nəsil elektrikli “e-Palette” şatlı paralimpiyaçını vurub.
Görmə əngəlli idmançının xəsarət almadığı bildirilib.
Qəzadan sonra mikroavtobusların Atletlər kəndindəki istismarı dayandırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə: “Reuters”