Главная > İdman / Manset > Tokioda Atletlər kəndində mikroavtobus paralimpiyaçını vurdu

Tokioda Atletlər kəndində mikroavtobus paralimpiyaçını vurdu


31-08-2021, 19:01. Разместил: azadses
Tokiodakı Atletlər kəndində xoşagəlməz hadisə baş verib.

Sınaq məqsədilə əraziyə buraxılmış yeni nəsil elektrikli “e-Palette” şatlı paralimpiyaçını vurub.

Görmə əngəlli idmançının xəsarət almadığı bildirilib.

Qəzadan sonra mikroavtobusların Atletlər kəndindəki istismarı dayandırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Mənbə: “Reuters”


Вернуться назад